Arxiv
8 Yanvar 2019, 12:49 | HADİSƏ
Unun qiyməti niyə qalxıb?..  

Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində bahalaşma müşahidə olunur. Yanvarın əvvəlində 3-4 qəpiklə başlayan bahalaşma artıq bir neçə manata yüksəlib. 
İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.

Ceyranbatan sakini Mayıl Ağaxanov isə deyir ki, əslində qiymətlərdəki artım istehsalçı şirkətlərin dediyi rəqəmlərdən çoxdur: “Əvvəllər 21 manata aldığımız 45 kq-lıq "Karmen" ununun kisəsini dünən 25 manat 20 qəpiyə aldım. Qiymət artımı düz 4 manat 20 qəpik təşkil edirdi”.

Bəzi şirkətlər qiymət artımını dünya bazarındakı bahalaşma ilə əlaqələndirsə də, bununla razılaşmayanlar da var. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məsələ ilə bağlı Modern.az-a bildirib ki, ölkədə taxıl məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır:

“2018-ci ildə ölkədə 57 rayon üzrə 391,800 istehsalçıya 1211,1 min hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə cəmi 83886,8 min manat məbləğində yardım verilib. Ötən il ölkədə qarğıdalı ilə birlikdə ümumilikdə 3,29 milyon ton taxıl istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə  12.6 faiz çoxdur. Taxıl istehsalının əvvəlki illərlə müqayisədə artması göstərir ki, qıtlıqla bağlı iddiaların əsası yoxdur”.

V.Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi un emalı prosesində iştirak etmədiyindən, qiymət məsələsinə cavabdehlik daşımır.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır:

“Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib.

Bizim xaricdən aldığımız taxıl, yaxud unu yerli taxıla qatmaq hesabına çörək hazırlanır. Təssüflər olsun ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil. Ona görə də xarici ölkələrdən alınmış taxılla qarışdırılmalıdır ki, hazırlanan çörək keyfiyyətli olsun. Hazırda un qiyətlərindəki artım məhz bununla bağlıdır”.


Ekspert hesab edir ki, unun qiymətindəki artım çox olmadığından çörək bahalaşmayacaq:


“Həm də uzun illərdir bizdə belə praktika mövcuddur ki, çörəyin qiyməti qaldırılmır, çəkisi aşağı salınır. İndiki məqamda da çörəyin bahalaşmasının ciddi etiraz doğuracağı nəzərə alınaraq, çəkinin azaldılmasına çalışacaqlar”.

 

N.Cəfərli qeyd edib ki, yeni il ərəfəsində şirniyyatların da qiymətində müəyyən dərəcədə bahalaşma hiss olunub:

“Bunu həm unun bahalaşması, həm də bayramla əlaqələndirmək olar. Amma ümumilikdə taxıl və unun qiyməti ciddi şəkildə qalxmadığından, Azərbaycanda da qeyd edilən məmulatların kəskin bahalaşması gözlənilmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Erməni zindanında səkkiz gün”ün təqdimatı oldu 20 İyun 2019, 23:53 Azərbaycan nefti ucuzlaşdı 20 İyun 2019, 23:37 Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34