Arxiv
9 Yanvar 2019, 14:50 | ƏDƏBİYYAT
Qərb Şərqdən üstün olmayıb

Mərahim Nəsib 

 

Əsrlər əvvəl meydana gələn və bu günə qədər də davam edən Şərq və Qərb müzakirəsini hər kəs bilir və bu gün də müzakirəsi, hətta, mübahisəsi davam edir. İstər individual şəxslər, istər fanatiklər, istərsə də elm adamları daim şərqin qərbdən, yaxud, qərbin şərqdən üstün olması iddialarını özünəməxsus arqumentlərlə izah etməyə çalışıblar. Qərbin inkişafı bu gün göz önündədir, buna şübhə yoxdur. Lakin şərqin bu gün kifayət qədər qərbdən geri qalması faktı şərq coğrafiyasının elə əsrlər əvvəl də bataqlıqda olması anlamına gələ bilməz. Şərqdə kifayət qədər nüfuzlu şəxsiyyətlər ( şairlər, alimlər, səyyahlar, astronomlar, həkimlər və.s) olduğunu bu gün nə qədər insan bilir, bu çox maraqlı və əhəmiyyətli mövzudur. Şərq insanının probleminin kökü ondan ibarətdir ki, bu gün onlar demək olar ki, heç bir iş görmədən yalnız öz keçmişləri ilə fəxr etdikləri halda, qərb insanı onların keçmişlərindən belə istifadə edərək bu gün durmadan inkişaf edirlər. Əslində bu gün qərbdə inkişaf edən bir sıra şeylərin əsrlər əvvəl şərq coğrafiyasında mövcud olması bəlli bir məsələdir. 

 

Buna misal olaraq 18-ci əsrdə yaşamış müaisr Kimya elminin banisi sayılan Fransız alim Antuan Lavuazyenin ixtirasını göstərə bilərik. Lavuazye labaratoji sınaqların birində qapalı bir qabda qaynayan və buxarlaşan suyun çəkisinin dəyişmədiyini görmüş və maddə hansı şəkildə olursa olsun, əsla yoxa çıxmır prinsipini irəli sürmüşdür. Halbuki Lavuazyedən beş əsr əvvəl yaşayan Mövlana Cəlaləddin Rumi, "Məsnəvi" əsərində bu məsələyə aydınlıq gətirmişdi:

"Çoxluq və ziyadəlik əslində görünüşdədir, tərkibdə deyil. Tərkibdə nə çoxalma var, nə də əksilmə. Allah dünyanı yaratmaqla çoxalmadı, artmadı. Onsuz da əvvəl olmayan, indi olacaq anlamına gəlmir".

 

Bu cür oxşarlıqlara ədəbi nümunələrdə də rast gəlmək olar.

Necə ki, Daniel Defonun "Robinzon Kruzo" əsəri əslində Əndəlüslü filosof  İbn Tüfeylin "Hayy ibn Yekzan" əsərindən götürülmüşdür.

"Robinzon Kruzo" əsərində adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir.

"Hayy ibn Yekzan" əsərində isə bütün ömrünü kimsəsiz bir adada keçirən Hayın yüksək iradəsi və əzmi nəticəsində kamil insan mərtəbəsinə çatmağından bəhs edilir.

 

Şillerin "Vilyam Tell" əsəri Fəridəddin Əttarın "Məntiqut-Teyr" əsərindən götürülmüşdür. "Vilyam Tell" əsərində Vilyamın şahın zülmünə qarşı çıxaraq insanları azadlığa çağırmasından, "Məntiqut-Teyr" əsərində isə özünə padişah seçmək istəyən quşların nəticədə özlərinin elə padişah ola biləcəyini anlayıb öz azadlıqlarına qovuşmasından bəhs edir.

 

Jan de Lafonetin nağıllarının mövzusu Hindli filosof  Bəydəbanın "Kəlilə və Dimnə" əsərindən və Mövlananın hekayələrindən götürülməsi bu gün dünya çapında təbliğ olunmasa da sübuta yetirilmişdir.

Belə ki, Lafonetin nağıllarının mövzusu insanların əsrlər boyu gündəlik həyatında əxlaqdan necə istifadə etməsindən bəhs edilir və bu mövzular əsasən insanların və heyvanların obrazı vasitəsilə oxuyucua çatdırırlır. "Kəlilə və Dimnə" və Mövlananın əsərləri eyni ilə bu mövzularda və bu obrazlarda yazılmışdır.

 

O cümlədən Dantenin "İlahi komediya" əsərinin mövzusu Dantedən iki yüz il əvvəl yaşamış Əbul əla əl Mərarinin "Merac möcüzəsi" əsərindən təsirlənərək yazdığı və əsərdəki obrazları fərqli üslübla işləyib meydana gətirməsi bir çox mənbələrdə öz əksini tapmışdır. Bəhs etdiyim bütün əsərlərin orjinalı mövcuddur. Şərq alimlərinin əsərləri ilə Qərb alimlərinin bəhrələndiyi bu əsərlər arasıda bir neçə əsr fərq olduğu halda, bu gün şərq insanı bu faktlar uğrunda mübarizə aparıb öz haqqını tələb etmir. Təbii ki, ən böyük günahkarlar isə yetişməkdə olan gənc nəsillərin şüuruna "hər şey qərbdən gəlir" ideyasını yerləşdirənlərdir.

 

Fikrimə belə bir hekayə ilə davam etmək istəyirəm:

Şillerin "Balladalar" əsərində Meroz adlı bir gənc kralı qətlə yetirmək üçün saraya gəlir. Lakin hadisədən xəbərdar olan gözətçilər onu zərərsizləşdirib edam etmək qərarına gəlirlər. Ölümdən qorxmadığını söyləyən gənc, önəmli bir işini həll etmək üçün üç gün möhlət istəyir və öz yerinə ən yaxın dostunu zamin qoymağı təklif edir. Padişah isə söz verdiyi müddətdə geri qayıtmasa dostunu edam edəcəklərini bildirir. Təyin olunan vaxt çatanda Meroz gəlib çıxmır. Dostunu edam kürsüsünə gətirəndə Meroz qan-tər içində özünü hadisə yerinə çatdırır və dostunu ölümdən xilas edir. Bu hadisə qarşısında mütəəssir olan padişah Merozu azad edir.

 

Bu əsərdən əsrlər əvvəl, İslam xəlifəsi Ömər bin Xəttabın zamanında üç nəfər gənc xəlifəyə yaxınlaşıb ikisinin qardaş olduqlarını, birinin isə atalarının qatili olduğu üçün cəzalandırılmasını istəyirlər. Hadisəni dinləyən xəlifə müttəhimə edam qərarı verir. Müttəhim isə vacib bir işinin olduğu üçün üç gün möhlət istəyir və Əbuzər adlı səhabə onun yerinə zamin olur. Üç günün tamamında gənc gəlmədiyi üçün Əbuzər edama məhkum olunur. Edam vaxtında isə gənc özünü yetirib Əbuzəri xilas edir. Bu hadisə qarşısında təsirlənən gənclər müttəhimi bağışlayır və onun azad olamsını istəyirlər. Göründüyü kimi hadisələr eyni ilə bir-birinin bəznəridir. Biri 19-cu əsrdə yazılmış, biri isə 7-ci əsrdə baş vermişdir.

 

Bu cür oxşarlıqları digər elm sahələrində də görmək olar.

 

Misal üçün məşhur coğrafiyaşünas Əl-Biruninin , Kolumbdan beş yüz il əvvəl əsərlərində Amerikadan və Yaponiyadan bəhs etməsini nümanə çəkmək olar. Ridley Skottun Kolumbdan bəhs edən və1982-ci ildə yayımlanan "Cənnətin kəşfi" filmində də bu mövzuya yer verilmişdir.

 

Orta əsrlər dövründə Kopernik və Qaliley səma cismlərinin hərəkətinə dair fərziyyələr irəli sürəndə başlarına gəlməyən müsibət qalmamışdı. Onları saxtakırlaqda ittiham edib cəzalandırmışdılar. Amma bu gün dünyada bu fərziəyələrin qərbli elm adamlarının irəli sürdüklərini fəxrlə dilə gətirib, dünya antalogiyalarında çap edirlər. Halabuki qeyd etdiyim dövrdən kifayət qədər əvvəl "Mövlana "Məsnəvi əsərində:

"Bu dünya səmada, yumurtanın ağının içində üzən sarısı kimidir" fikri ilə dünya haqqında mülahizələrini ortaya qoymuşdur.

 

16-17-ci əsrlərdə yaşamış Fransız filosof Rena Dekartın "Düşünürəmsə, deməli varam" fəlsəfi fikrinə nəzər salanda görür ki, bu fikir əsrlər əvvəl yenə Cəlaləddin Rumi tərəfindən söylənilmişdir:

"Sən hazırda nə düşünürsənsə, ondan ibarətsən. Geri qalanı cismdir".

 

 Diqqətlə nəzər salanda Mövlana yaradıcılığnda cazibə qüvvəsi ilə bağlı məlumatlara da rast gələ bilərik. Belə ki, Rumi öz əsərlərində "Maqnitdən olan bir kürənin içinə bir dəmir parçası qoysan, çəkilmək əvəzinə yerində qalar" fikri ilə buna nümunə vermişdir.

 

Albert Enşteyn 20-ci əsrdə atomun  parçalanacağını, zamanın nisbi olduğunu söyləmiş və sübuta yetirmişdir. Lakin Mövlana yeddi yüz il əvvəl demişdi: "Hər şey bölünə bilər. Yerdə və göydə nə varsa, hər bir zərrə öz cinsində maqnit kimidir. Lakin ağıl aciz olduğu üçün bunu dərk edə bilmir"

 

Mövlana şeirlərinin birində belə deyir:

"Allah havanı dondurub suya çevirə bilər, suyu qaynadıb havaya çevirə bilər. Dünya fanidir dünyaya xor baxma"

Amma havanın suya, suyun da havaya çevrilə biləcəyi, yəni buxarın su, suyun da buxar ola biləcəyi fikrini 1823-cü ildə İngilis alimi Faradey ortaya atmışdır.

Halbuki şərq insanı bu tarixə nəzər salıb bəhrələnmək əvəzinə, keçmişimiz var deyib qürurlanır. Qərbli isə bundan istifadə edib dünya elminə öz töhvəsini verməklə məşğul olur.

 

Bu cür faktlara araşdırsaq daha çox rast gələ bilərik. Sadəcə uzunçuluq olmasın deyə bir neçəsi ilə kifayətlənməyi lazım bilirəm. Əslində Şərqin heç də Qərbdən geri qalmadığına şahid oluruq. Daha dəqiq desək, Şərqin sadəcə bir bataqlıq olduğunu söyləyənlər və təbliğ edənlər bu faktlara nəzər salsınlar və təbliğ olunan bu cür məlumatlara birmənalı qərar verməsinlər, araşdırma aparsınlar. Əslində bu gün Şərqin geridə qalmasının və Qərbin Şərq elmindən istifadə etməsinin və böyük fərqlə üstün olmsının elə ən böyük günahkarı Şərq insanının özüdür.

 

Fikirlərimə Götenin  bu sözləri ilə son vemək istəyirəm:

"İslam tarixində, ələlxüsus da Səlcuqilərin, Abbasilərin və İranlıların yaşadığı dövrlərdə böyük şairlər yaşamışdır. Lakin İslam dünyası sadəcə Mövlananı, Hafizi, Firdovsini, Nizamini qəbul edib yaşatmışdır. Əslində onların arasında elələri var ki, mən onlarn əlinə su tökməyə belə layiq deyiləm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00