Arxiv
10 Yanvar 2019, 14:17 | ƏDƏBİYYAT
Ordubadi irsinə dövlət qayğısı - faktların dililə…

Ruhəngiz Əliyeva,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Naxçıvan Müəllimlər İstitutunun əməkdaşı

Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətlərə və həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi və elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbi irsindəki qabaqcıl ideya, fikir və təcrübələrin, görkəmli şəxsiyyətlərin maarifçiliklə bağlı fikirlərinin öyrənilməsinə çox böyük ehtiyac vardır. Azərbaycan xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən, maarifpərvərlərdən biridir.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin ictimai-siyasi görüşlərini səciyyələndirərək demişdir: “Məmməd Səid Ordubadinin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Məmməd Səid Ordubadinin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.


M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə onun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu ildə isə Bakıda ədibin yaradıcılıq yadigarlarının məkanı olan Xatirə Muzeyi yaradılmışdır. Bundan başqa, xatirəsini əbədiləşdirmək üçün ölkəmizdə, o cümlədən Naxçıvanda bir neçə küçəyə, mədəniyyət müəssisələrinə, kitabxanalara Ordubadinin adı verilmiş, onun adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının qarşısında yazıçının büstü ucaldılmışdır.


Görkəmli Azərbaycan maarifpərvəri Məmməd Səid Ordubadinin zəngin pedaqoji irsi bu gün də böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır. Onun Azərbaycanın elmi-fikir tarixində xüsusi yeri və mövqeyi vardır. Ömrünün sonuna kimi ədəbi yaradıcılıqla məşğul olan Məmməd Səid Ordubadi XX əsrin əvvəllərində ictimai-pedaqoji hərəkatın əsas simalarından biri olmaqla yanaşı başqa demokratik maarifçilərlə çiyin-çiyinə çalışmış, dövrünün mühüm pedaqoji məsələlərini demokratik əsaslarla həll etmək uğrunda ciddi mübarizə aparmışdır.



Məmməd Səid Ordubadinin irsinin öyrənilməsi təkcə tarixilik nöqteyi-nəzərdən deyil, həm də bu gün üçün faydalıdır. Çünki onun fikirləri müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi keyfiyyətlər ruhunda tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir. M.S.Ordubadi irsinin aktuallığını ümummilli liderimiz Heydər Əliyevin qiymətli fikirləri daha dolğun ifadə edir. Ulu öndər M.S.Ordubadi yaradıcılığının tədqiqi və öyrənilməsi ilə bağlı deyirdi: “Məmməd Səid Ordubadi əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə.”


Yüksək mədəniyyətə malik, vətənpərvər, humanist, işgüzar, pedaqoq, görkəmli ictimai və mədəniyyət xadimi Məmməd Səid Ordubadinin həyat yolu gənclərə həyat məktəbidir. Məmməd Səid Ordubadi yalnız Azərbaycanda deyil, türk dövlətlərində yaxın və orta Şərqdə də tanınmış söz ustadlarından biri idi. “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” adlı məşhur romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olan M.S.Ordubadinin, mətbuatda çıxan ilk şeirlərindən başlayaraq 1905-ci il Birinci Rus inqilabına qədərki şeirlərində əsas ideya cəmiyyətdə mədəni geriliyə qarşı mübarizə, qəflət və cəhalətin, tənqidi, eyni zamanda elmin, maarifin, qabaqcıl mədəniyyətin təbliği olmuşdur. Bütün yaradıcılığı boyu M.S.Ordubadinin yeganə məqsədi xalqa xidmət etməkdən, öz xalqını azad və xoşbəxt görmək üçün çalışmaqdan ibarət idi.


Ermənilərin 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif regionlarında soydaşlarımıza qarşı törətdikləri qanlı cinayətlər, soyqırım və deportasiyalar barədə şahidlərdən aldığı məktub və məlumatlar əsasında M.S.Ordubadi son dərəcə əhəmiyyətli mənbə sayıla biləcək “Qanlı illər” adlı qiymətli bir salnamə yaratmışdır.


Bir yazıçının ömrü onun yaratdıqlarının ömrü, yaratdıqlarına verilən dəyər qədərdir. Dahi şəxsiyyət Heydər Əliyevin M.S.Ordubadi irsinə verdiyi dəyər bu gün də layiqincə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli Sərəncamı ilə yazıçı-dramaturq, şair-publisist, ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur.


Naxçıvan Muxtar Respublikasında ədibin irsinə dövlət səviyyəsində daim yüksək qayğı göstərilmişdir. Ali Məclis Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş, əsərlərinin bir qismi yenidən nəşr edilmişdir. Görkəmli yazıçının Ordubad şəhərindəki ev-muzeyi əsaslı təmir olunmuşdur.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri böyük ədibin 140 illiyi ilə bağlı yubiley tədbirində demişdir: “Bu gün Məmməd Səid Ordubadi deyərkən gözlərimiz önündə ədəbiyyatın, demək olar ki, bütün janrlarında qələmini eyni dərəcədə peşəkarlıqla işlətməyi bacaran böyük istedad sahibi və qüdrətli ədib dayanır. Məmməd Səid Ordubadi yaradıcılığını təhlil edərkən aydın görmək mümkündür ki, o, tarixi roman və sənədli əsərlərini təkcə tarixdə yol verilmiş boşluqları doldurmaq xatirinə yaratmamışdır. Bununla yanaşı, o, eyni zamanda oxucusuna, bütövlükdə isə mənsub olduğu xalqa buraxılmış səhvlərin aradan qaldırılmasını, onların təkrar olunmamasını da təlqin edirdi. Tarixi keçmişi öyrənməyi vətənpərvərlik və milli iftixar hissinin təzahürü hesab edən ədib, bununla da, azərbaycanlı olmağın nümunəsini göstərmişdir”.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanının daxil edilməsi Ordubadi irsinə verilən dəyərin bariz nümunəsi, gənc nəslə veriləcək ən böyük töhvələrdən biridir. İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır.Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz,mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır. 


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli ədib barədə söylədiyi aşağıdakı fikirlər onun irsinə verilən dəyəri dolğun şəkildə ifadə edir: “Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir”.

2019.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00