Arxiv
7 Fervral 2019, 14:24 | QARABAĞ
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”  

"Mən Qarabağı görmədən, atamın doğma eli Ağdamı görmədən böyüdüm. Amma həmişə vətənsizliyin, işğal altında olan torpaqlarımızın həsrətini kiçik ürəyimdə böyüdərək yaşadım. Atam hərbçi idi! Həm də adi hərbçi yox! Doğma elini itirmiş, anasını, yaxınlarını şəhid vermiş bir Qarabağ qazisi idi. Eyni zamanda səngər komandiri idi. Bizim ən xoş günlərimiz atamızla birgə əsgərlərin yanında keçən zamanlarımız oldu. Bu görüşlər bizim əyləncəmiz idi”.

Bu fikirləri şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ötən həftə prezident İlham Əliyevin qarşısında  çıxış edərkən deyib.

Aqşin Oruclu ADA Universitetinin Biznesin təşkili və idarəedilməsi fakultəsində təhsil alır. Atası Raquf Orucov şəhid olanda Aqşin hələ məktəbli idi.


Modern.az
saytı qəhrəman atanın oğlu ilə söhbət edib. Onun gənclik və vətənpərvərliklə bağlı təəssüratlarını öyrəndik:

“Şəhid övladı kimi Prezident İlham Əliyevin qarşısında çıxış edərkən həm həyəcanlı, həm də qürurlu idim.  Cənab prezidentin və gənclərin qarşısında çıxış etmək məsuliyyətlidir.  Şəhid ailələrinə, Qarabağ qazilərinə prezidentimizin göstərdiyi nəvaziş, diqqət, qayğı insanlarımıza olan ehtiramın nəticəsidir. Hər zaman şəhidlərimizin anılması qürurverici hissdir. Bu onu göstərir ki xalq öz şəhid övladlarını heç zaman unutmur və daim onların ailəsinin, övladlarının yanındadır”.


Aqşin Oruclunun sözlərinə görə,  bu gün Azərbaycan gəncləri arasında milli ruhun yüksəldilməsinə səy göstərilir:

“Bu, dövlətimiz üçün də çox önəmlidir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqını öz torpaqları uğrunda ayağa qaldırdı. Xalq olaraq birləşə bildik. Bu çox önəmli faktordur. Xalq olaraq bir daha göstərdik ki, torpaqlarımızın azadlığı və suverenliyi bizim üçün vacib amillərdən biridir. Ona görə də bugünkü gəncliyimizin sabaha inamla addımlayacağına ümidlə baxıram. Prezidentin və gənclərin qarşısında çıxış edərkən bir daha Azərbaycan gəncliyinin mübarizliyinə əmin oldum.  Boşuna deyilmir ki, Şəhidlər ölmür. Bir gənc olaraq demək istəyirəm ki, nə atam, nə də digər şəhidlərimiz ölüb. Onların hər biri bizik. Təbii ki, bir vətəndaş olaraq vətənə borcum var. Hər zaman sadiq olmaq və layiqli gənc kimi yetişmək! Vətən sağ olsun!”.

 

Qeyd edək ki, fevralın 1-də Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 16:01 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47
SORĞU Yeni parlamentdə kimlər olsun?