Arxiv
8 Fervral 2019, 13:55 | AKTUAL
Sosial Tədqiqatlar Mərkəzi yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi yaradılsın.

 

Müəyyən edilir ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

 

Prezidenti Administrasiyası Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİQQƏT! Sabah Bakının bu küçələrində yol bağlanacaq 19 Avqust 2019, 12:41 “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb 19 Avqust 2019, 12:40 Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA 19 Avqust 2019, 12:36 İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək 19 Avqust 2019, 12:33 Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO 19 Avqust 2019, 12:12 Nazir və nazir müavinləri Cənub bölgəsinə gedirlər 19 Avqust 2019, 12:08 AQTA maarifləndirir: Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? 19 Avqust 2019, 12:06 Direktor müavini işləmək istəyənlər üçün vakansiya seçimi başladı 19 Avqust 2019, 12:03 Azərbaycanda 250 ailə üçün meyvə bağları salınır 19 Avqust 2019, 11:46 Vəzifəli şəxs 3000 manat cərimələndi 19 Avqust 2019, 11:44 Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25 Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ 19 Avqust 2019, 10:05 Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır 19 Avqust 2019, 10:04 “Azərsu” sədri 36 vətəndaşın müraciətini dinlədi 19 Avqust 2019, 09:58 Bakıda yol polisinin avtomobili qəzaya düşdü 19 Avqust 2019, 09:52 Cəbhədə vəziyyət gərgin olaraq qalır 19 Avqust 2019, 09:50 Dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərin NƏZƏRİNƏ 19 Avqust 2019, 09:49 İcra başçısı şikayətləri yerində həll etdi 19 Avqust 2019, 09:36 Rafael Hüseynov: ““Kommunist” qəzetindən aldığım məktubu açanda gözlərimə inanmadım” - MÜSAHİBƏ 19 Avqust 2019, 09:24 Manatın bugünkü məzənnəsi açıqlandı 19 Avqust 2019, 08:31 İş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayır 19 Avqust 2019, 08:30 Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Təhsil eksperti ilə vəkil arasında QALMAQAL: “Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43