Arxiv
15 Fevral 2019, 11:35 | MEDİA
APA-dan sonra ANS də qayıda bilərmi? - Vahid Mustafayev deyir ki...

Bir müddət əvvəl fəaliyyəti qadağan edilən APA-nın başqa bir adla yenidən qayıdışı ANS telekanalı ilə bağlı da məsələni gündəmə gətirib. Belə ki, son zamanlar hakimiyyətin daxili siyasətdə yumşalma meyillərini şərh edən ekspertlər istər media, istərsə də insan hüquqlarına münasibətin dəyişəcəyini proqnozlaşdırır. Artıq bir sıra ictimai xadimlər sosial şəbəkələrdə hakimiyyətin ANS-in fəaliyyətinə qoyduğu qadağanı götürəcəyinə dair ümidlərini ifadə edir.

Modern.az xəbər verir ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Gununsesi.org-a açıqlamasında bildirib ki, telekanalın bərpası məsələsi hər zaman gündəmdə olub: 


“Biz bu zərurəti hər zaman hiss edirik. Dəfələrlə bəyan etmişik ki, biz bu Dövlətin, Xalqın əsgərləriyik. Vətən nə zaman çağırsa, xidmətə hazırıq! 2 ildən çoxdur, ANS fəaliyyət göstərmir və bunun ümumi ölkə mediasına, dünyada gedən informasiya müharibəsində Azərbaycanın xəttinə, o cümlədən günü-gündən inkişaf edən sosial şəbəkələrdə gedən savaşlarda, Qarabağ probleminin həllində, vaxtilə ANS-in nəzarətində olan vacib və strateji mövqelərinə ciddi və mənfi təsiri göz qabağındadır. Nə baş verir? Hər bir inkişaf etmiş cəmiyyətdə problemlər mövcuddur və onların media vasitəsilə işıqlandırılması zəruridir. Bu işığın qarşısını almaq mümkün deyil və mən heç inanmıram ki, kimsə tam zülmətdə yaşamaq istəyir… Düstur çox bəsitdir – pəncərələri bağlayaraq, təbii gün işığının qarşısını alanda millət elektrik və ya elektron işıqlardan istifadə edəcək və bu işıq süni olduğundan müxtəlif çalarları, spektral tərkibi, intensivliyi və gündəlik dinamikası ilə gözlənilməyən yan effektləri yaradacaq”.

 “ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: 


“Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün isə qərar vermək bizim səlahiyyətimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. Dünyanın 8 ölkəsində və Azərbaycanın regionlarında 12 büromuz fəaliyyət göstərir – komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: 


“ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovet imperiyasının zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var – bu tarix Azərbaycanın tarixidir, onu danmaq – 250 milyonluq SSRİ-də yalnız Azərbaycanlıların ilk müstəqil TV yaratması uğurundan imtina etmək deməkdir! Bəs onda ANS niyə bağlandı? Bəlkə kimlərsə mənim dünya ictimayyətinin nüfuzlu şəxsləri və beynəlxalq media rəhbərləri ilə olan əlaqələrimi bilərək, məndən Azərbaycan əleyhinə hərəkətlər edəcəyimi gözləyirdilər? Bəziləri məni buna hətta israrla vadar etmək istəyirdilər. Lakin mən bu Vətənin oğlu kimi yalnız ölkədaxili məhkəmələrə müraciət edərək bizə qarşı sürülən, ən yumşaq dillə desək, qəribə ittihamlarla bağlı mübarizə apardım. Hətta bütün mövcud instansiyalarda tam uduzsam belə, mən müdafiə üçün beynəlxalq ictimaiyyətə və xarici dostlarıma müraciət etmədim. Heç kimə imkan vermədim ki, ANS-dən istifadə edib mənim ölkəmə təzyiq etsin. Mən və ailəm Azərbaycanımızın müstəqilliyi və ərazilərimizin bütövlüyü uğrunda ona görə döyüşməmişik ki, Vətəni əcnəbilərin ayağına verək! Biz bu gün də inanırıq ki, ANS məsələsi Azərbaycanın daxilində həll olunacaq və ümid edirik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gözlənilən qərarı verəcək. ANS-in Vətənpərvər verilişləri ilə nəsillər böyüyüb. Vaxtilə ANS-dən savaş xəbərləri, Azərbaycanlıların şücaətindən məlumat alan balaca tamaşaçılarımız bu gün artıq vəzifə başındadırlar, ölkəmizin hörmətli vətəndaşlarıdır, bu gün ANS vasitəsilə cəbhədən valideynlərinə və bütün xalqımıza salam yollayıb döyüşə gedib Vətən uğrunda Şəhid olanlar öz nurlu məzarlarındadır – biz onları sata bilmərik! ANS Azərbaycana məxsusdur və ona lazımdır. Bunun zərurətini bu gün hamımız görürük”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz” - Ali Baş Komandan 15 İyul 2020, 21:52 Ölkə başçısı dünənki yürüşdən danışdı - Mən bu vətənpərvər addımı alqışlayıram 15 İyul 2020, 21:46 Təxribatın qarşısı qətiyyətlə alındı 15 İyul 2020, 21:41 Prezident şəhid ailələri ilə telefon söhbətindən DANIŞDI 15 İyul 2020, 21:34 “Ermənistan ordusu layiqli cavabını aldı” - İlham Əliyev 15 İyul 2020, 21:27 Prezident Elmar Məmmədyarovu tənqid etdi -  Mən Xarici İşlər  nazirini tapa bilmədim 15 İyul 2020, 21:18 Generalın ölümü... 15 İyul 2020, 21:10 Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi - FOTO 15 İyul 2020, 21:03 Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər artilleriyadan atəş açıb 15 İyul 2020, 20:57 Moskvada Azərbaycana dəstək aksiyası oldu 15 İyul 2020, 20:43 “Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək” - Müşfiq Məmmədli 15 İyul 2020, 20:30 Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı məlumat yayanlar saxlanılıb 15 İyul 2020, 20:15 “Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir” - Deputat 15 İyul 2020, 20:01 Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb 15 İyul 2020, 19:20 “Ordu barədə təxribatçı məlumat yayan şəxs axtarışa verilsin” - TƏKLİF 15 İyul 2020, 19:08 Tahir Mirkişili: “Milli maraqlar naminə həmrəylik Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir” 15 İyul 2020, 18:54 Paşinyan Rusiyaya qarşı "ABŞ markalı maşınını" işə saldı 15 İyul 2020, 18:45 Deputat: “Ermənistan rəhbərliyi hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşır” 15 İyul 2020, 18:40 Milli Məclis binasına dəyən zərərin məbləği AÇIQLANIB 15 İyul 2020, 18:33 Baş nazir QƏRARINA dəyişiklik etdi 15 İyul 2020, 18:28 Xanım deputatlar şəhid generalın ailəsində olublar 15 İyul 2020, 18:22 Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapıldı 15 İyul 2020, 18:16 Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı 15 İyul 2020, 18:10 Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin onlayn iclasını çağırdı 15 İyul 2020, 18:05 Dolların sabahkı məzənnəsi açıqlandı 15 İyul 2020, 18:00 Azərbaycan Prezidentinin köməkçisi erməni naziri debatda ifşa etdi - VİDEO 15 İyul 2020, 17:54 Kriminal avtoriteti öldürən şəxs həbs edildi 15 İyul 2020, 17:48 Kimlər MİQ imtahanında iştirak edə bilməyəcək - rəsmi açıqlama 15 İyul 2020, 17:42 Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA 15 İyul 2020, 17:36 Tovuzda ermənilərin öldürdüyü mülki şəxsə görə CİNAYƏT İŞİ açıldı 15 İyul 2020, 17:30 Müəllimlərin işə qəbulu imtahanları bu tarixdə keçiriləcək 15 İyul 2020, 17:25 Komitə sədri: “Parlamentə dünənki hücum arxadan vurulan xəyanətkar zərbəsi idi” 15 İyul 2020, 17:20 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli 15 İyul 2020, 17:15 Tovuzda jurnalistlərin və deputatların olduğu əraziyə atəş açıldı 15 İyul 2020, 17:10 DİN təxribatçı ilə bağlı araşdıma aparır - VİDEO 15 İyul 2020, 17:05