Arxiv
26 Fervral 2019, 15:40 | HADİSƏ
Prezident köçkünlərin müavinətini artırdı  

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğini artırıb.

Modern.az xəbər verir ki, ölkə başçısı bununla bağlı fevralın 26-da sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq.


Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə batmaq təhlükəsi olan iki nəfər xilas edildi 19 İyul 2019, 14:16 Xanlar Vəliyev: “Azərbaycanda hərbi cinayətlərin sayı azalıb” 19 İyul 2019, 13:57 Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA 19 İyul 2019, 13:54 Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub 19 İyul 2019, 13:47 Deputat Eldar Quliyev təltif etdi 19 İyul 2019, 13:40 “Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul   19 İyul 2019, 13:37 İlahiyyat İnstitutu məzunlar üçün “Məlumat bazası” yaradır 19 İyul 2019, 13:29 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı 19 İyul 2019, 13:22 Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər 19 İyul 2019, 13:18 Sabahın hava PROQNOZU 19 İyul 2019, 13:14 Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı 19 İyul 2019, 13:12 Azərbaycan mətbuatında neqativ hallar var - Prezident Administrasiyası 19 İyul 2019, 13:08 “İnstagram”da tanış olub Bakıda oğurluq etdilər - FOTOLAR 19 İyul 2019, 13:05 Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü 19 İyul 2019, 12:48 İspan idmançılar Atletlər kəndinə yerləşdirildi 19 İyul 2019, 12:45 Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı 19 İyul 2019, 12:36 XİN Kamal Abdullanı təltif etdi 19 İyul 2019, 12:23 Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır 19 İyul 2019, 12:19 Rəsmi Bakı Yaponiyaya başsağlığı verdi 19 İyul 2019, 12:05 Qazi ola bilməyən qazılar 19 İyul 2019, 11:50 Qənirə Paşayeva baş nazirlə nələrdən danışdı?  19 İyul 2019, 11:41 23 nəfəri gün vurub 19 İyul 2019, 11:37 Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli 19 İyul 2019, 11:35 İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi 19 İyul 2019, 11:34 “UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir” 19 İyul 2019, 11:31 “Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA 19 İyul 2019, 11:30 Ermənistanda oğul anasını öldürdü, atasını yaraladı 19 İyul 2019, 11:27 Bakı metrosu gücləndirilmiş rejimə keçir 19 İyul 2019, 11:23 Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ: “Şəffaflıq qanedici deyil” 19 İyul 2019, 11:15 Daxili İşlər Nazirliyi işçi axtarır - ELAN 19 İyul 2019, 11:09 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı 19 İyul 2019, 10:49 Tovuzda orta məktəb müəllimi hündürlükdən yıxılıb öldü 19 İyul 2019, 10:46 Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur 19 İyul 2019, 10:37 Səhiyyə naziri əmr imzaladı – 41 təcili yardım briqadası, 270 tibb işçisi ayrıldı 19 İyul 2019, 10:22 Azərbaycanda yeni internet televiziya yaradılıb 19 İyul 2019, 10:16