Modern.az

Oğul ona siqaret almayan atasını bıçaqladı

Oğul ona siqaret almayan atasını bıçaqladı

Hadisə

12 Sentyabr 2026, 23:57

Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb.

Modern.az oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir - red.) Türkiyədə təhsil alandan sonra Gəncə şəhərinə qayıtsa da iş tapa bilməyib.

Oğul ona siqaret almayan atasını bıçaqladıO, valideynlərinin yanında qalıb və gündəlik xərclik pullarını valideynlərindən alıb. Atası və anası hər gün Mətləbə siqaret də alırlarmış.

İttihamda yazılanlara görə, bir müddət əvvəl Mətləbin atası Məmməd gecə yuxudan oyanıb və evin eyvanında səs eşidib. O, eyvana çıxanda oğlunun orada siqaret çəkdiyini görüb və ona irad bildirib.

Səhəri gün Mətləb yenidən atasından siqaret istəyib. Amma valideyni ona siqaret almayacağını bildirib. Nəticədə ata və oğul arasında mübahisə yaranıb. Bu zaman Mətləb atasına bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 3 il azadlıqdan məhrum edilib.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi