Modern.az

Tullantı emalı zavodu yandı, xəsarət alan var - GÖRÜNTÜ

Tullantı emalı zavodu yandı, xəsarət alan var - GÖRÜNTÜ

Hadisə

12 Sentyabr 2026, 23:36

Türkiyənin şimal-qərbində yerləşən Bolu vilayətində tullantıların emalı zavodunda yanğın baş verib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində ərazini güclü tüstü bürüyüb. Yanğın zamanı vaxtaşırı partlayış səsləri eşidilib.

Bolu Valiliyinin məlumatına görə, hadisə zamanı zavodun bir əməkdaşı yüngül xəsarət alıb.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Yanğınsöndürənlər alovun lokallaşdırılması və söndürülməsi istiqamətində fasiləsiz iş aparırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...