Arxiv
1 mart 2019, 17:38 | İQTİSADİYYAT
“Azərbaycan iki il ərzində “bankrot” ola bilərdi”

“2015-ci il devalvasiyaları başlıca olaraq xarici şoklardan, neftin dünya bazarında kəskin ucuzlaşmasından irəli gəlirdi. Bu təkcə bizdə deyil, eyni zamanda neft ixrac edən qonşu ölkələrdə də yaşandı”.


Modern.az
-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov problemli kreditlərin həllinə dair Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanla bağlı Real TV-yə müsahibəsində bildirib.

 

E.Rüstəmov qeyd edib ki, devalvasiya qaçılmaz idi:

“Biz buna reaksiya verməsəydik, belə çıxardı ki, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə adada yaşayır. Azərbaycan dünya iqtisadiyyatının mühüm hissəsidir. Bizim dünya ölkələrilə ciddi əmtəə, müxtəlif xidmətlər, maliyyə əlaqələrimiz var. Biz vakuumda yaşamırıq. O cür masştablı böhrana cavab verməsəydik, ölkəni daha böyük fəsadlar qarşısında qoyardıq.

Azərbaycan iki il ərzində bankrot vəziyyətinə düşə bilərdi. Biz Avropada belə aqibəti yaşayan dövlətləri görürük. Hansı ki, beynəlxalq maliyyə-kredit təşkilatlarının asılığına düşür, onların diqtəsilə yaşayırlar”.

 

Baş bankir bildirib ki, bu cür halların yaşanmaması üçün beynəlxalq şokların olacağının mümkünlüyünü daim diqqətdə saxlamalıyıq:

“Bizim neftdən asılılığımız olub, indi də qalır. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan neft ölkəsidir və uzun müddət də neft ölkəsi olaraq qalacaq. Biz hələ ki, neft sahəsindən kənarlaşa bilmirik. Ortamüddətli dövrdə belə bu, belə də qalacaq. Bu üzdən də biz konservativ siyasət həyata keçirməliyik. Bank sektoru ciddi dərslər çıxarmalı, istehlak kreditləri sahəsində ekspansiyaya yol verməməlidir. Nəzərə almaq lazımdır ki, dünyanın aparıcı bankları yüz illər ərzində formalaşıblar. Qısa müddətdə varlanmaq, kapitallaşmaq bank sektoru üçün xarakterik olmamalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament Jurnalistləri Birliyinin üzvləri 100 il əvvəlki sələflərini belə yad etdilər - VİDEO 2 İyun 2020, 09:00 “Deputat olmaq üçün xüsusi ali məktəb oxumaq lazım deyil” - MÜSAHİBƏ 2 İyun 2020, 08:53 İrəvanı bizdən alan QÜVVƏ - FAKTLAR 2 İyun 2020, 08:43 Könül Xasıyevaya ağır itki üz verib -FOTO 2 İyun 2020, 08:34 Yerə doğru təhlükəli asteroid yaxınlaşır 2 İyun 2020, 08:00 İsmayıllıda meşədə itən oğlan TAPILDI 2 İyun 2020, 07:50 Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20