Modern.az

Türkiyədə 5 terrorçu yaxalandı

Türkiyədə 5 terrorçu yaxalandı

13 Mart 2019, 16:51

Türkiyənin Şanlıurfa bölgəsində təxribata hazırlaşan 5 nəfər terrorçu zərərsizləşdirilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk polisi tərəfindən keçirilən əməliyyat tədbirlərində PKK/PYD terror təşkilatının üzvü olan 5 nəfər yaxalanıb. Suriyadan gələn terrorçuların üzərindən 12 kiloqrama qədər partlayıcı maddə ələ keçirilib.

 

Onların dindirilməsindən məlum olub ki, onlar Şanlıurfa dövlət müəssisələri, hərbi təşkilatlar, hüquq-mühafizə orqanları haqqında məlumat toplamaq üçün sərhədi keçiblər.

 

Həmçinin PKK-çılar Suriyadakı PKK düşərgələrində kamikadze təlimatı aldıqlarını, mərkəz daxil olmaqla Türkiyənin müxtəlif hissələrində terror törətməyi planlaşdırdıqlarını qeyd ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi