Arxiv
13 mart 2019, 17:59 | MEDİA
Azər Həsrət: “Kimsə Mətbuat Şurasının “qara siyahı”sını şühbə altına ala bilməz”

Martın 1-də Azərbaycan Mətbuat Şurasının (MŞ) «Reket jurnalistika»ya qarşı mübarizə və Apellyasiya komissiyalarının birgə iclasında Şuranın Şikayətlər üzrə Komissiyasının «Təzadlar» qəzeti ilə bağlı «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, «Təzadlar»ın fəaliyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə Şuranın «qara siyahı»sında yer alıb.

MŞ-nin «Reket nəşrlər»in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı «qara siyahı»dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb.

Yekun qərara əsasən, “Təzadlar” qəzetinin adı yenidən Şuranın “qara siyahı”sına daxil edilib.

Bundan sonra qəzetin baş redaktoru Asif Mərzili KİV orqanı haqqında qəbul edilən qərara etirazını ifadə edib. O, qəzetin adının “qara siyahı”ya daxil edilməsinin “qeyri – obyektiv qərar” olduğunu deyib.

Mətbuat  Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə Modern.az-a bildirib ki, söhbət konkret olaraq “Təzadlar” qəzetindən gedirsə, o, Asif Mərzilini uzun illərdir tanıyır, Asif Mərzili də onu yaxşı tanıyır:


“Qaydalar hər kəsə məlumdur ki, Mətbuat  Şurası bu cür şikayətləri araşdıranda həmin media təmsilçisini də dəvət edir. Əgər Asif bəy araşdırmalara dəvət olunubsa, iştirak edibsə, sözünü orada deyə bilərdi. Amma dəvət olunduğu təqdirdə, araşdırmada iştirak etməyibsə, bu onun zərərinə işləyəcək haldır”.

Azər Həsrət qeyd edib ki, MŞ-nın bu və ya digər qərarlarını şübhə altına almağa əsas yoxdur:

“Çünki Şura həqiqətən də faktları hərtərəfli, həm iddiaçı, həm də KİV orqanının iştirakı ilə araşdırır. Asif bəy də kifayət qədər təcrübəli jurnalist kimi müzakirədə iştirak edib, fikirlərini əsaslandıra bilərdi. Beləliklə, rəhbərlik etdiyi KİV “qara siyahı”ya düşməyə bilərdi. Bununla belə, şəxsən mən Mətbuat Şurasının İdarə Heyətinin iclasında məsələnin müzakirə olunmasının tərəfdarıyam. İstənilən halda Asif Mərzili əvvəlki araşdırmada, müzakirələrdə iştirakdan imtina edibsə, bizim ona kömək etmək imkanımız tükənib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hərbi Qənimətlər Parkının açılışı tarixi zəfərin təqdimatı idi” - Musa Quliyev 13 Aprel 2021, 11:25 Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır” 13 Aprel 2021, 11:24 Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir 13 Aprel 2021, 11:22 Hərbi qənimətlər parkı 13 Aprel 2021, 11:19 “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir” - Prezident 13 Aprel 2021, 11:14 Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06 Çində koronavirusla bağlı SON VƏZİYYƏT 13 Aprel 2021, 09:00 Siyəzəndə 18 yaşlı qız su kanalında batıb 13 Aprel 2021, 08:52 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 13 Aprel 2021, 08:45 ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq 13 Aprel 2021, 08:38