Arxiv
18 mart 2019, 19:12 | AKTUAL
Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Azərbaycan vətəndaşlığının əldə edilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu proseduru dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu, Dövlət Miqrasiya Xidməti Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də edilən dəyişiklikdə əksini tapıb.

 

Bu reqlamentə əsasən, təqdim edilən elektron xidmət əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulunu əhatə edir. Martın 16-dan qüvvəyə minən dəyişikliyə əsasən, bundan sonra elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti də elektron formada təqdim edilməlidir.

 

Dövlət Miqrasiya xidməti tərəfindən elektron xidmət http://az.e.migration.gov.az/Az%C9%99rbaycan+Respublikas%C4%B1+v%C9%99t%C9%99nda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1n%C4%B1n+%C9%99ld%C9%99+edilm%C9%99si/s/474 elektron ünvanında təqdim edilir. Qüvvədə olan reqlamentə əsasən, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək barədə ərizələrin verilməsinə görə 110 manat məbləğində dövlət rüsumu müəyyən edilib.

Beləliklə, son dəyişiklikdə sonra elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin seriya və nömrəsi (heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycanda daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur) əlavə olunmalı və aşağıdakı sənədlərin surətləri elektron formada təqdim edilməlidir:

 - 3x4 sm ölçüdə fotoşəkil;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

-  Azərbaycan dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;

-  pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla);

- qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);

- şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;

- elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycana dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

-  vətəndaşı olduğu dövlətin (Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan) səlahiyyətli orqanının onun Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd (Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir).

Qeyd edək ki, qüvvədə olan reqlamentə əsasən, sorğu qəbul edildikdən sonra Dövlət Miqrasiya Xidmətinin Katibliyində dərhal qeydiyyata alınır və baxılması üçün Baş idarəyə təqdim edilir. Sənədlərə Baş idarədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. İstifadəçi tərəfindən göndərilən ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə Azərbaycan ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Xidmət tərəfindən yoxlanılır.

Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərilir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Xidmət əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin Administrasiyasına göndərir və bu barədə istifadəçiyə məlumat verir. Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Prezidenti tərəfindən şəxsin Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə müvafiq sərəncam verilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10 Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb 24 Avqust 2019, 13:03 Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib 24 Avqust 2019, 12:53 Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31 AQTA Maarifləndirir: Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları 24 Avqust 2019, 12:15 Düşmən tapdağı altındakı Xocalının SON GÖRÜNTÜSÜ 24 Avqust 2019, 12:12 Rusiyada yol qəzasında 3 Ermənisan vətəndaşı öldü 24 Avqust 2019, 12:04 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR 24 Avqust 2019, 11:52 "Qarabağ" 20 min avro cərimələndi 24 Avqust 2019, 11:38 Bakıda 18 manata görə adam döydülər 24 Avqust 2019, 11:21