Modern.az

DÇ-2026-nın bombardirləri: Mbappe Messini izləyir

DÇ-2026-nın bombardirləri: Mbappe Messini izləyir

İdman

Bu gün, 09:50

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 2-ci turun oyunları davam edərkən ən çox qol vuran oyunçuların da adları önə çıxıb.

Modern.az xəbər verir ki, 2-ci tur oyunlarının fonunda ən çox qol vuranların siyahısına Argentina milli komandasının kapitanı Lionel Messi başçılıq edir. O, 2 oyunda 5 qol vurub.

Messini fransalı Kilian Mbappe və norveçli Erlinq Holand izləyir.

Belə ki, hər iki futbolçu 4 qola imza atıb.

Xatırladaq ki, DÇ-2026-nın sonunda ən çox qol vuran futbolçuya ənənəvi olaraq “Qızıl buts” mükafatı təqdim olunacaq. 

Yeri gəlmişkən, Lionel Messi Dünya çempionatları tarixində 18, Kilian Mbappe isə 16 qol vurub. Amma Mbappe bu qədər qolu 3, Messi isə 6 mundialda vurub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır