Arxiv
4 Aprel 2019, 08:55 | İQTİSADİYYAT
Ərzaq bahalaşmasının əsas SƏBƏBİ açıqlandı

“Bizdə qiymətlərə təsir edən əsas amillərdən biri əhalidəki psixoloji xarakterli ajiotaj sindiromudur”. 

Modern.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, əcnəbi ölkələrdə hansı məhsulun qiyməti bahalaşırsa, insanlar şərti refleks olaraq şəxsi istehlakı aşağı salmaqla qiymətlərə təzyiq göstərir, ucuz alternativ məhsullara yönəlməklə təlabat yükünü aşağı salmağa çalışır, "balanslı istehlak" taktikasına əl atırlar.

“Nəticədə, əhalinin qiymətlərə gözəgörünməz basqısı yaranır. Xarici ölkələrdə tez-tez keçirilən "ucuz həftəsonu" kampaniyalarının səbəblərindən biri də budur. 
Bizdə isə əksinə proses baş verir. Hansı məhsulun qiymətində dəyişmə baş verirsə, hamı daha çox almağa başlayır ki, nəticədə qiymətlərin daha da yüksəlməsi üçün əlverişli platforma yaranır”.

Ekspert deyib ki, əhalinin məhsullara reallıqdan uzaq "xəyali təlabatı" yeni qiymətəmələ gətirən faktora çevrilir. Uzun illərdir bazarlarda kütlənin nəbzini ölçən işbazlar bu amillə gözəl oynayırlar:

“İranın kartof-soğan ixracına qadağa qoyacağı haqqında xəbər məlum olan kimi cəmi iki günün içində kartofun qiyməti təxminən soğanla bərabərləşdi, hətta bəzi satış nöqtələrində kartof "qalib gəldi". Qadağa bu gün qüvvəyə minsə də, kütlə sırağa gündən "səhər tezdən yuxudan durub gördün ki, 2 manat olub. Nə edəcəksən?!" sualını verə-verə kütləvi şəkildə hamı bir-birini necə gərginləşdirdisə, qiymət həqiqətən 2 manat həddinə çatdı. Lap "Yuxu" filmindəki gənc Əliabbasın polis rəisinin qızını yuxuda qaçırması kimi. Ömründə bir səhifəni əvvəldən axıra kimi oxuyub bitərə bilməyən ağzıgöyçək Fatmanisə kənd camaatını necə inandırmışdısa yazıq Əliabbas qızı reallıqda qaçırmadığını heç cür sübut edə bilmirdi...”.

Nicat Nəsirli bildirib ki, işin tərs tərəfi, bizdə qiymət dəyişmələri zamanı cəmiyyətdə gərginləşmiş insanlara mənəvi dəstək olan, şəxsi istehlakı aşağı salmağa dəvət edən,"psixoloji xaosla gödəniyyət arasındakı fasiləsizliyi" dayandırmağa çağırış edən sosial institutlar da yox səviyyəsindədir! 

“Ən son məlumat: sahələrdə yazlıq kartofun "nübar versiyası" yığılmağa başlanılıb, qiyməti də ötən ilin müvafiq dövründəkindən iki dəfə ucuzdur. Əgər ötən ilin aprelində faraş kartof 3 manata satılırdısa, Cəlilabadda 1,50 qəpikdən satışı başlayıb. 
Belə situasiyalarda kütləni "qiymətlər bahalaşacaq!" təbliğaıtı aparıb gərginləşdirməkdən, qiymətləri daha da yüksəltməkdənsə, "tezliklə qiymətlər sabitləşəcək" deyib müsbət tona yükləmək daha rasional addım olardı...”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22 Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsu işdən ÇIXARILDI 16 Sentyabr 2019, 19:13 Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO 16 Sentyabr 2019, 19:03 Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü - FOTOLAR 16 Sentyabr 2019, 18:54 Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü   16 Sentyabr 2019, 18:45 Vilayət Eyvazov polisdəki nöqsanlarla bağlı tapşırıq verdi 16 Sentyabr 2019, 18:36 DİN-də geniş kollegiya iclası keçirilib 16 Sentyabr 2019, 18:27 4 şəhər və rayonda lisey sinifləri açıldı 16 Sentyabr 2019, 18:18 UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü 16 Sentyabr 2019, 18:09 Məktəblini maşın vurub öldürdü 16 Sentyabr 2019, 18:00 Yol polisi Bakı məktəblərində maraqlı aksiyalar keçirdi 16 Sentyabr 2019, 17:51 Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb 16 Sentyabr 2019, 17:48 Prezident: “Həmişə müəllimə böyük hörmət olub” - YENİLƏNİB 16 Sentyabr 2019, 17:42 Mehriban Əliyeva Qarabağ qazisinin əməliyyat xərclərini üzərinə götürdü - FOTO 16 Sentyabr 2019, 17:38 Samuxda fermerlərə təlimlər keçirildi 16 Sentyabr 2019, 17:32