Arxiv
8 Aprel 2019, 11:30 | ÖLKƏ
“Şadlıq evləri, istirahət mərkəzləri bələdiyyələrə pul verməlidir” - DEPUTAT  

“Bələdiyyə yerli özünüidarəetmə sistemidir və bu sistemi  insanlar seçirlər. İnsanların da bu idarəetmədə fəal iştirakı lazımdır. Amma bu, bizdə çatışmır. İstər maliyyə bazarı, istər torpaq, istərsə də vergi sahəsində bizim ölkədəki kimi, heç bir yerdə dəqiq qərarlar mövcud deyil”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bələdiyyələrin durumundan danışarkən deyib.

“Bələdiyyə-vətəndaş münasibətləri qurulmalıdır”

Parlament üzvü bildirib ki,  heç bir yerdə bələdiyyələrin bu qədər maliyyə sərbəstliyi yoxdur:

“Başqa ölkələrdə bələdiyyələrə öz büdcəsini formalaşdırmaq və ondan istifadə etmək hüququ verilməyib. Türkiyədə belə, yığılan vergilərin müəyyən faizi bələdiyyənin hesabına keçir. Bələdiyyəni seçən də, ona vergi ödəyən də vətəndaşdır. Buna görə də bələdiyyə- vətəndaş münasibətləri yaxşı qurulmalıdır”.

“Məktəb tikməyə gücünüz yetmirsə, bağça tikin”

Türkiyədə  keçirilən sonuncu bələdiyyə seçkilərində xalqın böyük həvəslə çıxış etdiyini xatırladan deputat deyib ki, indiki dövrdə həmin ölkələrin bələdiyyələrində də problemlər var:

“Bir neçə dəfə xarici ölkələrdə, eləcə də, Türkiyədə  bələdiyyələrlə tanış olmuşuq. Bir sıra ölkələrdə iş adamları, sahibkarlar vaxtaşırı olaraq bələdiyyələrə könüllü şəkildə kömək göstərirlər. Bizdə isə əksinə, ancaq bələdiyyədən tələb edirik ki, yaşıllıq salsın, yol çəksin və s. Xüsusi layihə təqdim edən bələdiyyələr dövlət tərəfindən  maliyyələşir. Bəzi bələdiyyələrin imkanı var ki, həmin maliyyə dəstəyi olmadan da müəyyən işlər görsün.

Neçə dəfə təklif etmişəm ki, məktəb tikməyə gücünüz yetmirsə, bağça tikin, icarəyə götürülən yer də boş qalmasın. Həmin bağçaları da ödənişli edərək, ora cəlb etdiyiniz uşaqların valideynindən xahiş edin ki, bağçaya yatırım qoysunlar. Bizdə şadlıq evləri, mehmanxanalar, istirahət mərkəzləri,  ümumilikdə bütün xidmət sahələri bələdiyyələrə pul verməlidirlər. Çünki bunların  hər biri bələdiyyələrin ərazisində yerləşir.  Qazancın 2 faizini ödəmədiklərinə baxmayaraq, həmin obyektlərin sahibləri bələdiyyələrdən yolun çəkilməsini və həmin ərazidə başqa problemlərin həll edilməsini istəyirlər”.

Bələdiyyə üzvləri niyə əmək haqqı almır?!

Tahir Rzayevin sözlərinə görə, bələdiyyə üzvləri əvvələr maaş alırdı:

“Sonradan məlum oldu ki, həmin üzvlərin əlavə iş yerləri, fəaliyyətləri var və üzvlük haqqı verilmədi.  Belə olan təqdirdə bələdiyyə üzvlərinin işə marağı qalmır. Ən azından,  insanlar etimad göstərib bir şəxsi bələdiyyə üzvü seçirlərsə, həmin şəxs də insanlar üçün bələdiyyənin yığıncaqlarında məsələ qaldırmalıdır.

Əvvələr bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə əlaqədər olaraq Norveçdən xidməti sahələr üzrə mütəxəssislər tez-tez gəlirdi. Həmin şəxslərə bildirirdim ki, burdakı vəziyyəti öz ölkənizlə müqayisə etməyin! Əgər nəqliyyat sahəsini bələdiyyəyə tapşırsaq,  heç bir avadanlıq vasitəsi olmadan 10 gün içərisində nəqliyyat xaos yaşayacaq”.

“Bələdiyyələrin sayı azaldılacaq”

Deputat Türkiyədəki kimi böyük şəhər bələdiyyələrinin yarana bilməməsinə də aydınlıq gətirib:

“Böyük şəhər Bələdiyyəsi yaratmaq kimi bir təşəbbüs vardı. Əgər həmin birlik yaradılsa, gərək bütün bələdiyyələr onun  ətrafında birləşəydi. Həmin qurum  yaransa da, bir iş görə bilməyəcəkdi.  Bələdiyyənin formalaşması üçün zaman lazımdır. Hazırda bəzi bələdiyyələrin sayının azaldılması nəzərdə tutulur”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə 8 PKK-çı zərərsizləşdirildi 27 İyun 2019, 08:55 İspaniyada azərbaycanlının 1 milyonluq saatı OĞURLANDI 27 İyun 2019, 08:51 Yadan çıxmış sənətkarlar: Səhnəmizin fəxri ad almayan əhli-kef məşhuru... 27 İyun 2019, 08:50 Rusiyada təyyarə qəza enişi etdi – 2 ölü, 22 yaralı 27 İyun 2019, 08:42 Niderlandda Azərbaycanı təmənnasız təbliğ edən soydaşımız 27 İyun 2019, 08:10 Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycandakı yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27