Modern.az

Bütün dərdlərin çarəsi pəhrizdir - Məşhur loğmanın RESEPTİ

Bütün dərdlərin çarəsi pəhrizdir - Məşhur loğmanın RESEPTİ

16 Aprel 2019, 17:27

Yaşlı adamların çoxu yuxusuzluqdan əzab çəkir. Yuxu dərmanı qəbul edənlər də az deyil. Bəzi dərman "narkomanları" şikayətlənir: "Daha dərman da təsir eləmir. Amma daxili orqanlarımı dağıdır". 

Həmişəlik yadda saxlamaq lazımdır ki, bütün dərmanlar, o cümlədən, bitkilərdən hazırlananlar da qanı zəhərləyir, hüceyrələri kütləvi şəkildə qırır və daxili orqanları bir-bir sıradan çıxardır. Uzun müddət dərman qəbul edən insanların yeni xəstəliklər tapmasını məhz bununla izah etmək lazımdır. 

Heç bir dərman yuxusuzluğu yaradan səbəbi aradan götürməyə qadir deyil. Səbəb qalırsa - xəstəlik də qalır.

Bəs yuxusuzluğu yaradan səbəb nədir?

Yuxusuzluq birbaşa mədə-bağırsaq traktının pis işləməsi ilə bağlıdır. Qeyri-sağlam həyat tərzi keçirən anaların təqsiri üzündən, uşaqlar qidalanma qaydalarını müntəzəm olaraq pozur, mədə toxumalarına daima dağıdıcı zərbələr vurur. Böyüklərin yolu ilə gedən uşaqlar, bir-biri ilə uzlaşmayan və müxtəlif mədə şirəsi tələb edən qidaları qarışdırır, bununla da həzmolma prosesini pozur. Nəticədə qida çürüyür və şlaka (zir-zibilə) çevrilir. Yığışıb bədəndə qalan şlak mikrobların və bakteriyaların artıb-törəməsinə, sağlamlığın keşiyində duran hüceyrələrin qırılmasına səbəb olur. 

Uzlaşmayan qidaların qarışdırılması bir yana qalsın, üstəlik, çox adam çayı qaynar içir, xörəyi qaynar yeyir, xörək yeyərkən su içir, tələbat olmadığı halda yatağa girənə kimi çay içir, papiros çəkir, içki içir və s. 

Bütün bunlar turşu-qələvi balansını pozur, mədə toxumalarnı zədələyir, bu arxivacib orqanın vəziyyətini bir az da pisləşdirir. Mədəsi xəstə olan adamın digər orqanları da, o cümlədən sinir sistemi də xəstə olur. Yuxu mərkəzi öz funksiyasını yerinə yetirə bilmir. 

Aşağıdakı prinsiplərə düzgün əməl etmədən yuxusuzluğu aradan qaldırmaq mümkün deyil:

-yeməkdən 15 dəqiqə qabaq 1-2 stəkan çiy suyu ilıq şəkildə və qurtum-qurtum içmək;
-qidaları ayrı-ayrılıqda qəbul etmək;
-xörəyi tərəvəz salatı ilə bərabər qəbul etmək; 
-qida qəbulundan sonra 30 dəqiqə açıq havada gəzmək yaxud sakit oturmaq;
-maye qəbulunu saat 18-də dayandırmaq;
-səhərlər meyvə, günorta nişastalı qidalar, axşam isə zülal qəbul etmək;
-son qidanı yuxudan 3 saat qabaq qəbul etmək, yuxudan öncə açıq havada gəzmək; 
-yaşlılar 8 saat, uşaqlar 10 saat yatmalıdır;
-saat 22-dən 2-yə kimi - dərin yuxu dövrü,, 2-dən 6-ya kimi dayaz yuxu dövrüdür.

Tez yatıb tez oyanmaq - sağlamlığı qoruyan ən gözəl vərdişlərdən biridir.

Hamınıza şirin yuxu və uzun ömr arzulayıram!


Ərşad ƏZİMZADƏ
"Ana Təbiət" NGM-nin rəhbəri.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır