Modern.az

Ukrayna rəsmisi: “Azərbaycan diasporunun birləşməsi digər icmalar üçün nümunədir”

Ukrayna rəsmisi: “Azərbaycan diasporunun birləşməsi digər icmalar üçün nümunədir”

Aktual

16 Aprel 2019, 18:02

Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı Ukrayna dövlərinin rəsmi nümayəndələri tərəfindən də ciddi maraqla qarşılanıb.

 

Ukrayna Mədəniyyət Nazirliyinin Ukrayna Diasporu və milli azlıqlar şöbəsinin rəisi Vladimir Xodakovski Modern.az saytına açıqlamasında Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti barədə fikirlərini ifadə edib.

Qurultayda diaspor təşkilatlarının vahid strukturda birləşməsini alqışlayan nazirlik rəsmisi bu təcrübənin çoxmillətli Ukraynanın digər milli icmaları üçün də nümaunməvi addım olacağına inamını ifadə edib.

“Bu çox pozitiv məqamdır. Birlik həmişə ayrı olmaqdan yaxşıdır. Ona görə bu birləşməni, təşəbbüsü alqışlayırıq və ümumi maraqlara xidmət edəcəyinə ümid ifadə edirik”.

 

Vladimir Xodakovski Azərbaycan diasporunun birləşməsi təşəbbüsünün Ukraynadakı digər milli icmalar üçün də nümunə ola biləcəyinə əminlik ifadə edib.

“Bu hadisə digər milli icmalar üçün də birləşmə nümunəsi ola bilər. Əsas olan diasporların birləşməsinin texniki deyil, ortaq maraq və hədəflər dairəsində olmasıdır. Bu çox vacibdir. Vahid mərkəz ətrafında birləşən diasporlar arasında alman icmasının adını çəkə bilərəm. Parçalanan icmalar arasında 20-yə qədər təşkilatı olan yunan icmasını qeyd etmək istədim. Hər təşkilat icmasının əsas funksiyalarının onun üzərində olmasını iddia edir”.

 

Nazirlik rəsmisi Kiyev və Bakının ortaq maraqlar və hədəflər ətrafın da birləşdiyini söyləyib.

“Azərbaycanla Ukrayna arasında çoxlu oxşar cəhətlər var. Ən azından keçmiş imperiyanın tərkibində bir olmuşuq. Avropa yolu, demokratik ənənələr və ümumi maraqlar Ukrayna dövlərini, Azərbaycan respublikasını və Ukraynadakı Azərbaycan icmasını bir istiqamərtdə sıx birləşdirir.  

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü