Arxiv
20 Aprel 2019, 16:04 | MƏDƏNİYYƏT
Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR

Bu gün Azərbaycan səhnəsinin unudulmaz sənətkarı, xalq artisti Nəsibə Zeynalovanın 103-cü doğum günüdür.

 

Nəsibə xanım, 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

 

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətq qazanıb.

 

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

 

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

 

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974).

1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.

 

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.

Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb.

Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.

Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.

 

Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.

Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03