Modern.az

Uçqunda ölən əsgərimizin meyiti tapıldı

Uçqunda ölən əsgərimizin meyiti tapıldı

23 Aprel 2019, 12:52

Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.  Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun da meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılmış və  aprelin 14-də doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn olunmuşdu. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...