Modern.az

“İlin gənc müəllimi-2019” müsabiqəsi başladı – ŞƏRTLƏR

“İlin gənc müəllimi-2019” müsabiqəsi başladı – ŞƏRTLƏR

Təhsil

23 Aprel 2019, 20:57

AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə  təşkilatçılığı ilə keçirilən ”İlin gənc müəllimi-2019”müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən  faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini  ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

 

Müsabiqə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunur.

 

Modern.az  xəbər verir ki, müsabiqə 3 turda keçiriləcək. Digər mərhələlər haqda ətraflı məlumat veriləcək. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurmalıdır. Hər bir müəllim şəxsən özü qeyd olunan linkə daxil olaraq ona təqdim olunan sualları cavablandırmalıdır.

 

Müsabiqədə iştirak edəcək orta məktəb müəllimlərinin yaş həddi 35 (daxil olmaqla) olmalıdır.

Müraciət sənədində (google docs) aşağıdakı bölmələri doldurmalısınız:

 

- Ad, soyad və ata adınız;

- Doğum tarixi (gün, ay, il) və doğum yeriniz;

- Təhsil aldığınız orta məktəb;

- Təhsil aldığınız ali məktəb, bitirdiyiniz il və ixtisasınız;

- Telefon nömrəniz (votsap nömrəsi də əlavə edin);

- Elektron poçtunuz (e-mail);

- İşlədiyiniz orta məktəb;

- Öz hekayənizi yazın - Fəaliyyətiniz haqda ətraflı məlumatları qeyd edin (hansı metodlarla dərs keçirsiniz, innovativ metodlarınız hansılardır, dərsdən sonra - qeyri-formal tədris çərçivəsində hansı işlər görürsünüz və s.);

- Məktəbdənkənar, cəmiyyət üçün gördüyünüz faydalı işlərinizi qeyd edin;

- Müəllim həmkarlarınıza dəstək olmaq məqsədilə etdiyiniz işlərinizi qeyd edin;

- Sizi bir müəllim kimi digərlərindən fərqləndirən nədir və özünüzü şagirdlərə necə sevdirirsiniz?

- Şagirdlərinizin uğurları və nəticələri (şagirdlərinizin olimpiada, ali təhsil, yarışmalar və d. uğurları - konkret olaraq şagirdinizin adını və uğurlu nəticəsini qeyd edin);

- Sizin öz uğur və imtahan nəticələriniz (ali məktəbə daxil olma balınız və işə qəbulolma balınız, aldığınız mükafatlar, layihələriniz);

- Fəaliyyətlərinizin (dərslər, dərsdənkənar fəaliyyətlər və s.) video keçidləri - Youtube linkləri;

- Sosial şəbəkə hesablarınızın keçidləri (linkləri);

- Şagirdlərinizlə olan 3 foto əlavə edin;

 

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan form vasitəsilə özləri haqda ətraflı məlumat qeyd edəcəklər. 2-ci mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

 

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından 10 müəllim 3-cü mərhələyə keçə biləcək. 3-cü mərhələdə həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.

 

Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Qaliblərə hədiyyələr veriləcək. Bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaq.

 

Keçən ilki ənənəyə sadiq qalaraq təltifetmə mərasimi Milli Məclisdə keçiriləcək və qaliblər bütün ölkəyə tanıtdırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!