Modern.az

Azərbaycan nefti  77 dollara satılır 

Azərbaycan nefti  77 dollara satılır 

24 Aprel 2019, 23:32

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 76,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 2,44 dollar/barel çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,42 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,26 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,58 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən ”Brent Dated” etalon növlü neftin qiyməti 73,69 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 2,69 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı