Arxiv
25 Aprel 2019, 09:21 | İQTİSADİYYAT
Bu il bazarda ərik “od tutub yanacaq” - Yağıntılar fermerlərə ZİYAN VURUB

Bu ilin apreli keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir. Ekologiya və Təbii Səvətlər Nazirliyinin məlumatına görə, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda qar örütüyünün qalınlığı 2-14 santimetr olub.

Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Xüsusilə Böyük Qafqazın rayonlarında-Zaqatalada yağıntının miqdarı 130 mm olmaqla aylıq normanın 127, Balakən, Şəki, Oğuz, Qubada yağıntının miqdarı 38-94 mm olmaqla aylıq normanın 72-92, Lənkəran-Astara zonasında isə 88-100 mm olmaqla aylıq normanın 140-180 faizini təşkil edib.

Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib.

Rəsmi məlumata görə, 3-cü dekadanın 2-ci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir.

Bəs, qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına təsirləri nədən ibarət olacaq?

 

Modern.az-ın mövzuyla bağlı suallarını kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli cavablandırıb.

 

“Bəzi sahələrdə taxıl yatıb”

O qeyd edib ki, son bir həftə ərzində respublikanın həm aran, həm dağlıq bölgələrində qeyri-sabit hava şəraiti hökm sürüb:

“Ümumilikdə şəxsi qənaətim bundan ibarətdir ki, yüksək dağlıq ərazilər istisna olmaqla, temperatur  + 5 dərəcədən aşağı düşmədi. Temperatur mənfiyə düşsəydi, ciddi fəsadlarla üz-üzə qala bilərdik. Amma qeyri-sabit havanın heç bir təsiri olmayacaq demək də doğru deyil.

İlkin olaraq qeyri-sabit havanın taxılçılığa təsirlərindən danışmaq istərdim. Ümumilikdə ölkədə 960 min hektar taxıl əkini var. Bunun 650 min hektarı dəmyə ərazilərdir. Taxılın indiki boruya çıxma dövründə bu qədər nəmliyin torpağa düşməsi çox müsbətdir. Qışda çox quraqlıq oldu, dəmyə ərazilərdə ciddi problemlər var idi. İndi düşən su təxminən sünbulləmə dövrünədək dəmyə ərazilərini su ilə təmin etmiş oldu. Suvarılan ərazilərin bəzilərində arxlarda suyun həcmi artdığına görə, əksər taxıl sahələrini su basıb. Ona görə də fermerlər həmin suyun çəkilməsini gözləyirlər. Buna baxmayaraq, yağıntıların çoxluğu səbəbindən bəzi sahələrdə taxıl yatıb”.

 

“Quba, Qəbələ, Zaqatalada ərik bağları yağıntılardan zərər görüb”

 

Meyvəçiliyə gəldikdə, N.Nəsirli qeyd edib ki, yağntılar ərik sahələrinə mənfi təsir göstərib:

“Yalnız çəyirdəkli meyvələrdə, konkret olaraq ərikdə çiçəkləmə baş vermişdi. Yağıntılar bilavasitə ərik ağaclarına təsir göstərəcək. Çünki ərik çiçəkləmişdi və tozlanma prosesi gedirdi. Yağıntılar ərikdəki tozlanma prosesini 2 həftə ləngitdi. Bu o deməkdir ki, ağacların 50 faizinin məhsuldarlığına təsir edəcək. Bunu danmaq olmaz. Məhsuldarlığın aşağı olması da bu meyvənin qiymətində özünü biruzə verəcək. İkinci çəyirdəkli meyvə gilasdır. Amma gilasın çiçəkləmə və tozlanma prosesi başlamadığına görə yağıntıların təsiri gözlənilmir.

Əgər ərikdə ağacbaşına məhsuldarlıq 50-60 kiloqram olacaqdısa, yağıntılardan sonra bu, yarıbayarı azalacaq. Hazırda Quba, Qəbələ, Zaqatalada ərik bağlarının zərər gördüyü məlumdur. Amma hələlik konkret zərəri müəyyənləşdirmək tezdir. Digər meyvə ağaclarında çiçəkləmə və tozlanma prosesi getmədiyindən. Yağıntının fəsadları gözlənilmir”.

 

Yağıntılar fermerlər üçün təhlükə yaradıb

 

Ekspertin sözlərinə görə, yağıntı səbəbindən yaranan nəmişlik zərəvericilərin sayını artıracaq:

 “Qış quraqlıq keçdiyindən zərəvericilərin ağaclara darışma prosesi başlamışdı. Yağıntılar zərəvericilərə ziyan vurdu, ağacların yuyulmasına kömək etdi və zərərəvericilərin təsirini ləngitdi. Bu fermerlərə imkan verir ki, zərərvericilərə qarşı mübarizə tədbirləri gücləndirsinlər.

Meyvəçilikdə ən çox rastlaşdığımız bakterial xəstəlik dəmgildir. Dəmgil hər il meyvə bağlarında müşahidə edilir. Amma bu il nəmişlik olduğuna görə ikiqat artacaq. Bizim bağbanlarımız bunu bilməldirlər. Hər il dəmgilə qarşı 2-3 dəfə mübarizə aparırdılarsa, bu il ən azı 5 dəfə mexaniki dərmanlamaya ehtiyac yaranacaq. Çünki nəmişlik hökmən dəmgili gücləndirəcək. Taxılçılıqda da eynilə. Xüsusilə sarı pas xəstəliyi əsasını birbaşa torpaqdakı nəmdən götürür. Hökmən temperatur yüksəldikcə taxılçılıqda iki ciddi risk yaranacaq.

Birinci, sarı pas xəstəliyi güclənəcək. İkinci isə nəmin həddindən çox torpağa düşməsi birləpəli və ikiləpəli alaqların sürətlə artmasına səbəb olacaq. Bu da fermerlər üçün əlavə qayğıdır. Söhbət suvarılan ərazilərdən gedir, adətən dəmyə ərazilərində alaq olmur”.

 

Pambıq və qarğıdalı sahələri risk altındadır

 

N.Nəsirli qeyd edib ki, hava şəraitinin qeyri-sabit keçməsi pambıq və qarğıdalı sahələrinə təsirsiz ötüşməyəcək:

“Toxumlar cücərdilmişdi, iki həftə əvvəl əkilməliydi. Artıq fermerlərdən daxil olan məlumatlardan bəlli olur ki, toxumlar çürüyür. Hələ yəqin ki, yaxın 4-5 gün ərzində sahədəki suyun qurumasını gözləyəcəklər. Ola bilər ki, Qəbələ, Zaqatalada təkrar əkin olsun.

Çünki hələ əkində 2 həftə gecikmə var. Deməli bu məhsul hələ əkilməmiş 50 faizi itirilib. Pambıq və qarğıdalı sahələrində risk faktoru var.

Amma yağıntıların açıq sahə tərəvəzçiliyinə-pomidor, badımcan, xiyar, bibər və s.-ə xeyri var. Şitillər sahələrə köçürülmüşdü. Hətta bəzi bölgələrdə fermerlər suvarma qayğısından azad olub”.

 

Bazarda yelpənək xiyar niyə yoxa çıxıb?

 

N.Nəsirli bazarlarda 1 manat 20 qəpiyədək ucuzlaşan yelpənək  xiyar növünün yoxa çıxmasına da aydınlıq gətirib:

“İlin bu mövsümündə xiyar əsasən Qax, Zaqatala, Balakəndəki istixanalardan, Aran rayonlarından gətirilir. Yağış yağan kimi təbii olaraq fermer şumlanmış, yumşaq torpaq olduğundan sahəyə girə bilmir. Tərəvəzlərdə belə xüsusiyyətlər var ki, yağış suyu duzlu olduğundan yanır. Fermer üçün leysanın altında məhsulu yığıb bazara gətirmək ikiqat əziyyətdir. Həmişə belədir ki, yağıntlar çox olanda məhsulun qiymətinə də təsir edir. Amma temperatur yüksəldikcə, məhsul yığılacaq və bazara çıxarılacaq. Sadəcə yağış məhsulun intensiv yığımına mane olur”.

 

Kartof-soğan hələ də bahadır...

 

Ekspert Nazirlər Kabinetinin qərarına rəğmən kartof, soğanın qiymətlərinin hələ də yüksək olmasını belə izah edib:

“Soğan 1 həftə əvvəl yığılmağa başlayıb. Bu gün sahədə soğanın topdansatış qiymətinin kiloqramı 45-50 qəpikdir. Bu da bazarlara 80-90 qəpik -1 manata gəlib çıxır. Bakı, Sumqayıt, Abşeronda səyyar satışda soğanın qiyməti 90 qəpik-1 manat həddindədir. Havanın soyuması da qiymətlərə təsir etdi. Çünki soğanın yığılması dayanıb. Sahədən soğan yığıldıqca, qiymətlər də enəcək. Bildiyiniz kimi, yazlıq soğanı çox saxlamaq olmur. Ona görə də gələn həftə kartof-soğanın qiymətində ucuzlaşma hiss ediləcək. Ümumilikdə indidən etibarən meyvə-tərəvəzin qiymətində ucuzlaşma olacaq. Ardınca badımcan, istixana məhsullarından istiot, qarpız-yemiş çıxacaq. Bu mərhələdə qiymətlərdə artım olmayacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini  qoruyacaq 25 Oktyabr 2020, 15:15 Bakıda 554 küçə dezinfeksiya edildi 25 Oktyabr 2020, 15:06 Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO 25 Oktyabr 2020, 14:59 İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20