Arxiv
25 Aprel 2019, 12:34 | TƏHSİL
 Abituriyentlərin nəzərinə: “Xüsusi qabiliyyət imtahanları” jurnalını mütləq oxuyun!

Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün  “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1‑ci nömrəsini nəşr edib.

Modern.az xəbər verir ki, ”Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu nəşrdə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri  haqqında məlumat, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, norma­tivlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, suallarına aydınlıq gətirən, imta­hanlara hazırlaşmalarına fayda verə bilən ən zəruri ma­teriallar əksini tapıb.

“Xüsusi qabiliyyət imtahanları” jurnalında ilk dəfə olaraq hər bir komissiyaya daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin adları, jurnalistika ixtisası üzrə yazı işi nümunələri, islamşünaslıq ixtisasına qəbul haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, ödənişli və dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər eynidir. V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə  isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılırlar.    

Bundan əlavə, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst seçim imkanı verilib. Abituriyentlər 1-ci rəsm imtahanında iştirak etməlidirlər. Rəsm imtahanında abituriyentə çəkmək üçün antik baş və ya ornament olmaqla 2 tapşırıq təklif ediləcək. O çəkəcəyi tapşırığı qeydiyyatdan keçərkən seçməli və imtahanda həmin tapşırığı işləməlidir. Rəsm imtahanından müsbət (5 və daha çox) qiymət almış abituriyentlər 2-ci imtahan (rəsmxət və ya kompozisiya fənlərindən 1-i olmaqla) verməlidirlər. 2-ci imtahanı hansı fənn üzrə verməsi üçün də abituriyentlərə  sərbəst seçim imkanı verilib. Belə ki, onlar qeydiyyatdan keçən zaman 2-ci imtahanı hansı fənn üzrə (rəsmxət və ya kompozisiya) vermək istədiyini qeyd etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncə şəhərlərində keçiriləcək. Bu ixtisas üzrə Gəncədə keçiriləcək qabiliyyət imtahanının fənləri rəsm və rəsmxət olacaq. Dizayn ixtisası üzrə qabiliyyət imtahanının yekun nəticəsi məqbulla qiymətləndirilir.

Yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi də nəşr ediləcək. Həmin jurnal orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına həsr ediləcək və bu nəşrdə ixtisaslar üzrə bütün zəruri materiallar öz əksini tapacaq. Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imrtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, bu il ilk dəfə olaraq “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcəkdir. 

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M; Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbhədə snayperlər yenidən işə düşdü 12 Noyabr 2019, 10:17 Son bir ilin nəticəsi: Xaricdəki azərbaycanlılar arasında savaş bitib - GÖZLƏNTİLƏR ÇOXDU 12 Noyabr 2019, 10:16 İsrail daha bir fələstinli komandiri məhv elədi 12 Noyabr 2019, 10:06 Azərbaycanın gündəlik çıxardığı neftin həcmi... 12 Noyabr 2019, 09:45 Qarabağ söhbəti - Mirhəsən Seyidov: “Qazilərimiz ən yaxşı ideallarımızdır”  12 Noyabr 2019, 09:45 Bu qidaları almaqdan imtina edin! – AQTA-dan məsləhət 12 Noyabr 2019, 09:37 Meksika eks-prezidentə siyasi sığınacaq verdi 12 Noyabr 2019, 09:33 Mehriban Əliyevadan Konstitusiya Günü TƏBRİKİ  12 Noyabr 2019, 09:25 Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır 12 Noyabr 2019, 08:31 “Konstitusiyası olmayan dövlət müstəqil sayıla bilməz” - Deputat 12 noyabrdan YAZDI 12 Noyabr 2019, 08:23 Milli Məclisin iclasında 2020-ci ilin büdcə müzakirələri başlayır 12 Noyabr 2019, 08:14 Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR-dan yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı AÇIQLAMA 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabağdan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31