Arxiv
25 Aprel 2019, 12:33 | TƏHSİL
“Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir” – Keçmiş maliyyə naziri

Eks maliyyə naziri, UNEC-in ”Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov Modern.az-ın təhsillə bağlı suallarını cavablandırıb. 

 

- Əvəz müəllim, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin bir illik fəaliyyəti barədə mətbuatda müxtəlif fikirlər dolaşır. Bununla bağlı sizin münasibətinizi öyrənmək istəyirik.

 

- Respublikamızın təhsil naziri Ceyhun Bayramov olduqca savadlı, bacarıqlı, təvəzökar və yenilikçi bir insandır. Mən təhsil sferasında çox saylı insanlar tanıyıram, nazir müavinləri, rektorlar, məktəb direktorları, müəllimlər və digər işçilər. Onlardan təhsilin idarə olunmasına, gənclərin sağlam ruhda böyüməsinə, valideyin –müəllim, müəllim –tələbə münasibətlərinə olan fikirlərini daim soruşuram. Birmənalı olaraq deyə bilərəm ki, təhsildə gedən proseslər pozitivdir, ürəkaçandır, yeniliyə köklənib və bunu Azərbaycan cəmiyyəti hiss edir.

Məşhur qədim yunan filosofu Platonun bir sözü var: “Tərbiyə yaxşı vərdişlərin mənimsənilməsi deməkdir”, ona görə də böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, son bir ildə təhsil sahəsində nəinki yaxşı vərdişlər mənimsənilib, həm də çoxlu yeniliklər, dünyada baş verən qabaqcıl ideyalar Azərbaycan Respublikasında öz inteqrasiya prosesini tapıb.

 

- Dünya təhsil sisteminə inteqrasiya olmadan onun mütərəqqi inkişaf istiqamətlərindən danışmaq çox çətindir. Bu baxımdan son illərdə ali təhsil sistemində bu sahədə hansı dəyişikləri göstərə bilərsiniz?

 

- Tamamilə doğru buyurursuz. Almaniyanı inkişaf etdirməkdə əvəzsiz rolu olan kansler Otto Bismarkın kəlamı: ”Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir”.  Təhsil, o cümlədən, ali təhsil XXI əsrdə qlobal hadisədir. Dünya təcrübəsi, beynəlxalq inteqrasiya olmadan bu sahədə uğur, keyfiyyət əldə etmək mümkünsüzdür. Bu baxımdan artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin xətti ilə bu sahədə xeyli uğurlara imza atılıb. İşin düzgün qurulması, strateji hədəflərin dəqiq müəyyən edilərək icra olunması günümüzün reallıqlarındandır. Əldə edilmiş praktik nəticələri, işlərinə bələd olduğum Azərbaycanın bir sıra qabaqcıl universitrtlərinin timsalında göstərmək istərdim. Belə ki, indi ölkəmizin qabaqcıl universitetləri beynəlxalq əməkdaşlıq sahəsində də tələbələrə böyük imkanlar vəd edir. Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə  universitetləri ilə “Mevlana” mübadilə proqramlarından tələbələrimiz maksimum yararlanmaq imkanına sahibdirlər. Mübadilədə iştirak edən tələbələrin xərcləri proqram tərəfindən qarşılanır.

Avropanın iqtisadyönümlü ən nüfuzlu ali təhsil ocağı olan London Universiteti London İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində həmin universitetin diplomunu universitetlərimizdə əldə etmək mümkündür. Fransanın Monpelye Universiteti ilə həyata keçirilən ikili diplom proqramına uyğun olaraq tələbələrimiz dörd illik təhsilin bir ilini Fransada alaraq, həm Azərbaycan Dövlət İqtisad Universitetnin, həm də Monpelye Universitetinin diplomumu əldə edə bilirlər. Bundan başqa Litvanın Mykolas Romeres Universiteti ilə də ikili diplom proqramı da mövcuddur. ABŞ-nın nüfuzlu ali təhsil müəssisəsi olan Linkoln Universiteti ilə də ikili diplom proqramına dair razılıq əldə olunmuşdur və tələbələrimiz bu proqramdan da yararlana bilənəcəklər.

Beynəlxalq təcrübədən yararlanmaqla, çox böyük səylə reallaşdırılan istiqamətlərdən biri də, dünyada artıq qərarlaşmış üçüncü nəsil universitetlərində olduğu kimi, təhsilin tədricən sifariş əsaslı kommersiyalaşması və tədqiqat universitetlərinə çevrilməsi prosesinin sürətləndirilməsidi. Bu sahədə də Təhsil nazirliyinin əldə etdiyi uğurlar danılmazdır. Belə təqdirəlayiq işləri çox sadalamaq olar.

 

Təhsil naziri  barədə nə deyə bilərsiniz?

 

- Ümummilli Lider Heydər Əliyev deyib: “Rəhbərlik etmək yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Nazirin yüksək intelekti, milliliyi, işgüzarlığı, müasir idarəetməni dərindən bilməsi cəlbedicidir. Sözün düzü, onun fəaliyyəti  son illərdəki konkret işlərdə öz bariz əksini tapmaqdadır. Ölkəmizin ali təhsil sistemində dünya standartlarına uyğun qabaqçıl standartların mütəmadi tədbiqi, tədris keyfiyyətinin yüksəlməsi, elmlə praktikanın əlaqələndirilməsi sahəsindəki uğurlar birmənalı məhz son illər daha aktivləşmişdir. Məncə hələ çoxlu səmərəli işlər qabaqdadır. Bu işlərə bütün cəmiyyət üzvləri hamılıqla dəstək olmalıdırlar. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57 Tramp qoşunların Əfqanıstandan çıxarılmasını istəyir 27 May 2020, 20:41 “Qarabağın 30 il işğal altında qalması bizim kimi Türkiyəni də alçaldır” - Deputat 27 May 2020, 20:33 “Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar” - DEPUTATLARDAN REAKSİYA 27 May 2020, 20:17 Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib 27 May 2020, 20:02 DİM: Buraxılış imtahanlarının keçirilməsinə başlanılır 27 May 2020, 19:41 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi - FOTOLAR 27 May 2020, 19:24 Deputat: "Dünyada qaçqınlar, miqrantlar və digər həssas qruplar hələ də risk altındadır" 27 May 2020, 19:17 Prezidentdən 28 may paylaşımı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq" 27 May 2020, 18:55 Xaçmazda həmyerlisini yandıran şəxs qarşı cinayət işi AÇILDI 27 May 2020, 18:32 Bu tarixdən 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq 27 May 2020, 18:06 Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! 27 May 2020, 18:02 Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə 27 May 2020, 17:55 28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 27 May 2020, 17:46 Vladimir Zelenski İlham Əliyevə zəng edib 27 May 2020, 17:39 13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib 27 May 2020, 17:22 Ədliyyə Nazirliyi: “Son 5 ildə 143 nəfər Azərbaycana ekstradisiya olunub” 27 May 2020, 17:14