Arxiv
1 May 2019, 09:43 | DİASPOR
Dünya şirkətlərinin reklamına çəkilən azərbaycanlı 

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində dünyaya gəlib. O vaxt atası hərbçi olduğu üçün ailəsi ilə birlikdə həmin şəhərdə məskunlaşmışdıar. Beş yaşında olarkən Bakıya köçüblər. 2006-cı ildə 2 nömrəli orta məktəbin 11-ci sinfində oxuyarkən xüsusi təhsil proqramı ilə ABŞ-a gəlib. İki il Missuri ştatının Sent Lüis şəhərindəki məktəblərdən birində tam orta təhsil alıb. 2008-2013-cü illərdə Sent Lüis Lindenvud Universitetində təhsilini artıraraq, biznesin idarə olunması və siyasi elmlər ixtisasına yiyələnib.

Sonra bir müddət Kaliforniya ştatının Los Ancles şəhərində yaşayıb. Orada olarkən altı ay "Candy Ranch" televiziya serialında aktyor kimi rola çəkilib. Bundan əlavə "The Blacklist" TV şousunda iştirak edib. 2010-cu ildə Sent Lüis beynəlxalq musiqi festivalına qatılaraq, bu tədbirdə ilk azərbaycanlı olaraq birinci yeri qazanıb. 2013-cü ildə Florida ştatının Mayami şəhərinə gedib. Orada "Zamira Equities" şirkətini yaradıb. Şirkət köhnə evləri alıb, təmiri və satışı ilə məşğul olur. 2018-ci ilin iyun ayında "CESD" şirkətinin dəvəti ilə Nyu York şəhərinə köçüb…

…Ömür-gün yoldaşı Jo Skattolon italyandır. Braziliyada doğulub boya-başa çatıb. "Economist" siyasi jurnalında marketinq üzrə menecerdir. Yeri gəlmişkən, Jonun həmin jurnalda Azərbaycan haqqında bir neçə yazısı işıq üzü görüb…

Zamira xanım Nyu Yorka gələndən sonra "LG", "Samsung", "Converse" kimi məşhur şirkətlərin məhsullarının reklam çarxlarına çəkilir. Eyni zamanda yaratdığı "Zamira Equities" şirkətinə rəhbərlik edir. Böyük tennis oynamağı xoşlayır. Səhnə bacarıqlarını təkmilləşdirməyə çalışır. İstəyir ki, bir aktyor kimi "Hollywood" filmlərində rol alsın, daha çox televiziya şoularında çıxış etsin. Tezliklə Texas ştatına köçmək, orada məşğul olduğu biznes sahəsini böyütmək isə əsas arzularındandır.


Erkən yaşlarından ABŞ-a təhsil almaq üçün gələn, azərbaycan dilində təmiz danışmağı bacaran, yüksək zövqlü bu gəncin ən böyük uğurları hələ irəlidədir. İnanırıq ki, teleşoularda doğma vətəni təbliğ edən bu mehriban, gülərüz xanım tezliklə ABŞ-ın məşhur insanlarından birinə çevriləcək. "YouTube"də yerləşdirdiyi çıxışlarını milyonlarla tamaşaçının izləməsi bunu deməyə əsas verir…


Bəli, sizinlə amerikalılar arasında artıq tanınmağa başlayan bir azərbaycanlı istedadlı xanım, Zamira Dadaşova- Skattolon haqqında söhbət edirdim…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat Milli Məclisdə sərt DANIŞDI: “Sizin fəaliyyətiniz nədən ibarətdir?” 22 Oktyabr 2019, 12:16 YAP-ın Gəncə təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradıldı - VİDEO 22 Oktyabr 2019, 12:05 Sabah 25 dərəcə isti olacaq – PROQNOZ 22 Oktyabr 2019, 12:04 “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb 22 Oktyabr 2019, 11:55 “BakıBUS” avtobuslarını necə qoruya bilir... 22 Oktyabr 2019, 11:44 Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” 22 Oktyabr 2019, 11:42 "Formula 1"Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı 22 Oktyabr 2019, 11:42 “Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ 22 Oktyabr 2019, 11:39 Marneulidə soydaşlarımız üçün möhtəşəm konsert təşkil olunub - FOTOLAR 22 Oktyabr 2019, 11:20 BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib 22 Oktyabr 2019, 11:12 Baş prokuror bu rayonların sakinlərini qəbul edəcək 22 Oktyabr 2019, 11:04 Dərbənd topu 22 Oktyabr 2019, 11:03 Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ 22 Oktyabr 2019, 10:56 Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Akademiyasına üzv oldu 22 Oktyabr 2019, 10:56 İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib   22 Oktyabr 2019, 10:50 Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı 22 Oktyabr 2019, 10:47 Deputatlar feministlərin Bakıdakı aksiyasını qanunsuz hesab edirlər 22 Oktyabr 2019, 10:40 Türk iş adamından təklif: “Türkiyə məktəblərində Azərbaycan, Avropada Qarabağ...” 22 Oktyabr 2019, 10:34 Təhsil Nazirliyində yeni TƏYİNATLAR - FOTO 22 Oktyabr 2019, 10:21 “Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır” 22 Oktyabr 2019, 10:20 Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?.. 22 Oktyabr 2019, 10:16 Dünya yenidən Bakıya toplanır 22 Oktyabr 2019, 10:11 Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı 22 Oktyabr 2019, 10:00 Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib 22 Oktyabr 2019, 09:55 1874 uşağa reabilitasiya xidmətləri göstərilib 22 Oktyabr 2019, 09:53 “Məndən heç nə soruşmayın”- Baş Nazirin 74 yaşlı 1-ci müavini YAQUB EYYUBOV 22 Oktyabr 2019, 09:49 Goranboyda gözlənildiyindən çox pambıq yığılıb 22 Oktyabr 2019, 09:43 Baş Nazir Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. 22 Oktyabr 2019, 09:39 Ermənilər Qazax və Tovuzu atəşə tutdu 22 Oktyabr 2019, 09:35 "Qızıl top"a iddialılar məlum oldu 22 Oktyabr 2019, 09:32  “Nəsimi dühası-650 il” 22 Oktyabr 2019, 09:30 Yaponiya İmperatoru bu gün taxta çıxır 22 Oktyabr 2019, 09:01 Məşhurların son günü - “Təcili yardım gələnə qədər atam canını tapşırdı” - Məhəbbət Kazımovun oğlu - FOTOLAR 22 Oktyabr 2019, 08:50 Laçın dağ-atıcı alayının şəhidləri anıldı 22 Oktyabr 2019, 08:49 Bu gün Çempionlar Liqasında 3-cü tur başlayır - TƏQVİM 22 Oktyabr 2019, 08:31