Arxiv
3 May 2019, 12:28 | İQTİSADİYYAT
“Azəriqaz”ın sədri: “Vətəndaşlar qaz limitinə nəzarət edə biləcəklər”

"Göstəriş vermişik ki, yaxın 5-10 gün ərzində ödəniş bildirişlərində vətəndaşın ilin əvvəlindən işlətdiyi qazın miqdarı göstərilsin".

Modern.az xəbər verir ki, bunu  “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. O qeyd edib ki, həmin bildirişlər sayəsində vətəndaşlar nə zaman qazın limitini keçdiklərini biləcəklər:

“Əvvəllər bununla bağlı problem var idi. Vətəndaş qaz limitini nə zaman keçdiyi haqda dəqiq məlumat ala bilmirdi. İndi isə bu məsələ həll edilir və sakinlər öz qaz limitinə nəzarət edə biləcəklər”.

Ə. Hacıyev onu da əlavə edib ki, mayın 1-ə qədər limiti keçən və keçməyən vətəndaşların limiti üzərinə 500 kubmetr qaz əlavə ediləcək:

“Limiti keçən vətəndaşlar həmin 500 kubmetr qazı hər kubmetr üçün 10 qəpik tarifi ilə istifadə edəcəklər”.


Ə.Hacıyev deyib ki, Prezidentin “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq.

 Onun sözlərinə görə, ölkə başçısının Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradlar qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir:

"Hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq".

“Azəriqaz” sədri deyib ki, qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin operativ həlli ilə bağlı İşçi Qrupu yaradılıb. Azərbaycanda qazlaşma səviyyəsi 95,7%-ə çatıb. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2,183 milyonu keçib: "Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görüləcək".


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26