Arxiv
3 May 2019, 12:44 | PARLAMENT
Uşaqpulu bərpa olunsun! - Milli Məclisdə məsələ qaldırıldı

“Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməsi ilə bağlı ciddi işlər görməliyik”.

 

Modern. az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

 

O bildirib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir:

 

“O təkliflər nədən ibarət ola bilər?! Göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, yetərli deyil. Bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik. İkinci vacib məsələ odur ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır.

 

Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır”.

 

Deputat uşaqpulunun bərpası barədə də təklif səsləndirib:

"Ələbttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı.
Uşaqpulunu mütləq bərpa etməliyik. Ən azından 6 yaşına qədər uşaqlar arasında bu pul bərpa olunmalıdır. Statistika göstərir ki, uşaqlar arasında yoxsulluq səviyyəsi 10 % təşkil edir. Ona görə də düşünmək lazımdır.

Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15