Arxiv
4 May 2019, 15:00 | MƏDƏNİYYƏT
Anton Pavloviç Çexov kimi... - Polkovnik Ramiz Əkbərov

Uzun illər gənclərin maariflənməsi ilə məşğul olan mərhum Fəzail Əkbərov onu tanıyanların yaddaşında dünyanın ən gözəl insanlarından biri kimi qalıb. İnsani keyfiyyətləri o qədər yüksək idi ki, vəfatından xeyli vaxt keçsməsinə baxmayaraq hələ də adı ehtiramla xatırlanır.

Ümümiyyətlə el-obasında Əkbərov soyadı dilə gələndə ilk yada düşən də Fəzail müəllim və onun qardaşları Höccət, Şahbaz Əkbərovlar olur. Hər birinin haqqında bu gün el arasında əfsanələr dolaşır. Bəli, sizə bu şəcərənin davamçısı, bacarıqlı həkim-cərrah, eyni zamanda bədii yaradıcılıqla məşğul olan, bir neçə kitabın müəllifi, yazıçı-dramaturq Ramiz Əkbərovdan söhbət açmaq istəyirəm. O, 1956-cı ildə dünyaya gəlib. 1973-cü ildə orta təhsilini başa vuraraq indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1979-cu ildə həmin universiteti bitirdikdən sonra bir il cərrahiyə üzrə subernatura və internatura kursunu keçib. 1980-1983-cü illərdə Saatlı rayon xəstəxanasında ümumi cərrah işləyib. 1983-1985-ci illərdə isə akademik M.Cavadzadənin klinikasında iki illik kliniki uroloji ordinatura kursunda olub. 1985-ci ildən DİN-in Respublika Hospitalında əvvəlcə mülki uroloq, 1992-ci ildən cərrahiyə şöbəsinin rəisi, 1997-ci ildən hospitalın müalicə işləri üzrə rəis müavini, 2014-cü ildən 2017-ci ilədək isə həmin hospitalın rəisi vəzifələrində çalışıb. İstefada olan tibb xidməti polkovnikidir. "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsinin üçüylə də təltif olunub, "Səhiyyə Əlaçısı" döş nişanına layiq görülüb, əməkdar həkimdir. Hazırda "İstanbul NS" klinikasında uroloji-androloji bölməyə rəhbrlik edir…

…Ömür-gün yoldaşı Sevda xanım ixtisasca fizikdir. Üç övladı vardır. İlk övladı Türkan xanım tibb bacısıdır. Böyük oğlu Orxan həkim-farmosept işləyir. İkinci oğlu Kamran isə onun yolunu davam etdirir. Bir sıra ölkələrdə təcrübə kursları keçib. Akademik M.Cavadzadənin klinikasında uroloq-cərrah kimi çalışır…

Deyir ki,- "Mən bu sahəyə gələndə səhiyyəmiz acınacaqlı vəziyyətdə idi. Tibbi avadanlıqlar sarıdan xarici ölkələrdən geri qalırdıq. Bu gün bu sahədə çox inkişaf vardır. Xəstəxana, klinikalarımız dünyanın ən müasir tibbi avadanlıqları ilə təhciz olunub. Sevindirici haldır ki, ölkədən kənarda təhsil alan, ixtisasartırma kurslarında iştirak edən gənc həkimlərimizin sayı xeyli artıb. Bu isə əminlik yaradır ki, tezliklə bizim səhiyyəmiz də dünya standartlarına uyğun olacaq…

İki sahə- tibb və fəlsəfə üzrə fəlsəfə doktorudur. Necə deyərlər, həm alim həkim və həm də filosofdur. İyirmidən çox elmi, bədii, publisistik kitabın, eləcə də bir neçə səmərələşdirici təklifin müəllifidir. Bədii yaradıcılığı da müxtəlif mükafatlarla dəyəndirilib. "Həsən bəy Zərdabi adına", "Altun Qələm", "Qızıl Qələm" kimi ədəbi mükafatların laureatıdır. Yaxşı yadımdadır, illər öncə məşhur Hacıbaba Bağırovun rəhbəri olduğu tetrda səhnələşdirilən bir dram əsərinin ilk nümayişində tamaşaçılar arasında mən də var idim. Həmin təqdimatda kifayət qədər söz adamları da iştirak edirdi…

Ciddi görkəmi ilə adamda "ünsiyyətdən çəkinən insan" təəssüratı yaratsa da ürəyi çox kövrəkdir. Heç kimin xətrinə dəyməz, daha çox müşahidə etməyə üstünlük verir. Necə deyərlər, çağrılan yerə ar eləməz, çağrılmayan yeri dar. Mütaliəni çox xoşlayır, şahmat oynamaqdan zövq alır. İndiyədək yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib. Torpaqlarımızın işğaldan azad olunması isə onun ən böyük arzusudur. Bir həkim kimi hamıya can sağlığı diləyən, bir ziyalı kimi gəncləri yüksək təhsil almağa səsləyən bu insanın haqqında söhbətimi mərhum xalq şairi Qabilin sözləri ilə bitirmək istəyirəm: "Ramiz Əkbərov ölməz rus yazıçısı Anton Pavloviç Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır"…


Elman Eldaroğlu
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb 24 Sentyabr 2019, 13:11 Vurğun Əyyub vəfat edib 24 Sentyabr 2019, 13:05 Heydər Əliyev Fonduna yeni status verildi 24 Sentyabr 2019, 13:01 İnam Kərimov pambıq tarlasında getdi 24 Sentyabr 2019, 12:59 Sabunçudakı tunel tikintisi nəqliyyatın hərəkətinə problemlər yaradıb - FOTOLAR 24 Sentyabr 2019, 12:57 İstanbulda zəlzələ oldu 24 Sentyabr 2019, 12:54 Gəncəlilər problemlərini səsləndirdi, Niyazi Bayramov tapşırıq verdi 24 Sentyabr 2019, 12:54 AzTV-də YENİLİKLƏR olub 24 Sentyabr 2019, 12:48 Sabah hava necə olacaq? - PROQNOZ 24 Sentyabr 2019, 12:47 İlham Əliyev üç səfirin etimadnaməsini qəbul edib 24 Sentyabr 2019, 12:45 Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15 Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib 24 Sentyabr 2019, 10:12