Arxiv
6 May 2019, 12:56 | İQTİSADİYYAT
Köçkün yataqxanaları və qəzalı binalarda statusu olmayan 655 ailə aşkarlanıb

Bakı və Sumqayıt şəhərlərində, Abşeron ərazisindəki qəzalı obyektlərdə 8.485 köçkün ailəsi məskunlaşıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.


Modern.az-ın məlumatına görə, toplantıda bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.


Sonra məcburi köçkünlərin qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma obyektlərindən köçürülməsi ilə əlaqədar görülən işlər və qarşıda  duran vəzifələr, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi ilə tikintisi aparılan obyektlərin mövcud vəziyyəti və icrası nəzərdə tutulan layihələr, məşğulluq, miqrasiya və status məsələləri, vətəndaşların qəbulu və onların müraciətləri ilə bağlı görülən işlər, icra intizamı, Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun saxlanması vəziyyəti və s. məsələlər müzakirə edilib.


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev  bildirib ki, bu vüsətli inkişaf ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərinin rifahının yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinin sürətləndirilməsinə imkan yaradıb. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha bəyan edərək bu kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış komplekslərinin tikintisinin genişləndirilməsi barədə tapşırıqlar verib. Ölkə rəbərinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə ədalət prinsipinin təmin olunmasının vacibliyini diqqətə çatdırması və bu gün bu prinsipin təmin edildiyini bildirməsi Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunub ki, hər bir əməkdaş bu məsuliyyəti daim hiss etməli, öz vəzifə səlahiyyətlərini mövcud qanunvericiliyə və ədalət prinsiplərinə tam uyğun şəkildə yerinə yetirməlidir.


İclasda məcburi köçkünlərin qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən yeni mənzillərə köçürülməsi ilə bağlı bu ilin birinci rübündə görülmüş işlər, qarşıya çıxan çətinliklər barədə geniş müzakirə aparılıb.  Bildirilib ki, hesabat dövründə Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb.  Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə, 1 yanvar 2019-cu il tarixə olan məlumata görə, 8.485  məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı qeydə alınıb.  Yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülüb. Köçürülmə obyektlərində daşınmaz əmlakı, qeydiyyat uyğunsuzluğu olan məcburi köçkünlər aşkar edilir ki, Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, onlara yeni yaşayış sahəsi verilmir.  Bundan başqa, müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkün statusu olmayan şəxslərin və ailələrin yaşaması faktları da aşkar edilir ki, bu da köçürülmə prosesində ciddi problemlərin yaranmasına gətirib çıxarır. Belə bir fakt diqqətə çatdırılıb ki, təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb.  Bu da ümumilikdə həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir.  Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.


Kollegiya iclasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2019-2020-ci illərdə həyata keçiriləcək layihələr barədə məlumat dinlənilib. Qeyd edilib ki, MKSİF-in sifarişi əsasında, bu il Bakının Pirallahı rayonunda 300, Şirvan şəhərində 685,  Kürdəmir rayonunda 563, Ucar rayonunda 250,  Göygöl rayonunda 130,  Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və inzibati binadan ibarət qəsəbə, həmçinin Füzuli rayonunda 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcəkdir. Növbəti ildə isə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında icra ediləcəkdir. Eyni zamanda, “Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində digər yeni yaşayış məhəllərinin salınmasının zəruriliyi də iclasda qeyd edilib.  


Bundan başqa, kollegiyada məcburi köçkünlərin qeydiyyatının vahid elektron bazasının yaradılması işlərinin yaxın müddətdə tam başa çatdırılması, bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun artırılması barədə Dövlət Komitəsinin müvafiq strukturlarına tapşırıqlar verilib, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi, mənzil fondunun qanunvericiliyə uyğun şəkildə istismarı ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, həmçinin gündəlikdəki digər cari məsələlərə dair qərarlar qəbul edilib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25 Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31