Modern.az

24 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü

24 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü

Hadisə

12 May 2019, 11:40

Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində may ayının 11-də gənc oğlan batıb.

 

Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə yerinə dərhal kater ilə xilasedicilər yollansalar da, onu xilas etmək mümkün olmayıb.

 

"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, xilasedicilər gələnə qədər boğuldu", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

 

Bildirilir ki, çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlıdır. Dalğıclar onun meyitini hələ də axtarırlar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?