Arxiv
13 May 2019, 12:46 | HADİSƏ
Elinanın vəkilləri bəyanat verdilər

162 saylı məktəbin intihar etmiş şagirdi Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev birgə bəyanat veriblər.

Bu barədə Modern.az-a vəkil Sevinc Əliyeva bildirib.

 

S.Əliyeva qeyd edib ki, bəyanat bəzi internet portallarında faciəvi şəkildə vəfat etmiş Elina Hacıyevanın ailəsinin ibtidai istintaqın gedişatından narazı olduğu barədə məlumatlarla bağlıdır.

 

Bəyanatda deyilir:

“Məqalələrdə mərhum Elinanın nənəsi Solmaz Ələsgərovanın zərər çəkmiş şəxsin hüquqi varisi Sevil Hacıyevanın hüquqlarını müdafiə edən vəkillərdən də narazı qaldığı barədə məlumat verilməsini nəzərə alaraq, məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik.

Əvvəla, məsələyə biganə qalmayan, işin gedişatından narahatlıq keçirən və ədalətin yerini tapmasına çalışan KİV və ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildiririk.


Digər məsələlərə gəlincə isə, məqalədə ilk növbədə Xalidə Bayramovanın cinayət məsuliyyətinə cəlb edilməməsi məsələsinə toxunulur. Peşəkar hüquqşünaslar kimi bütün məsuliyyətimizlə deyə bilərik ki, o şəxsin məhz cinayət məsuliyyətinə cəlb edilməsi üçün hazırda iş üzrə əlimizdə hər hansı bir əsas və sübut yoxdur.

Mərhumun nənəsi Solmaz Ələsgərovanın bu cür tələblə çıxış etdiyini anlayışla qəbul edirik, lakin bildirməliyik ki, bizim fəaliyyətimiz qanun çərçivəsilə məhdudlaşır və publikaya işləmək məqsədilə hüquqi əsas olmadan hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsini pozuntu kimi qiymətləndirə, hüquqa uyğun olmayan bəyənatlar səsləndirə bilmərik.

Lakin, buna əsas verən hər hansı halı müəyyən etməyə müvəffəq olduğumuz halda tutduğu vəzifədən asılı olmayaraq bu hadisədə təqsiri olan istənilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Məqalədə yer alan “tramal” və ya “tramadol” preparatının mərhuma direktor tərəfindən verilməsi məsələsinə gəldikdə, tərəfimizdən bu halın araşdırılması məqsədilə müvafiq vəsatətlər hazırlanıb və ibtidai istintaqa təqdim ediləcək”. 

 

Elinanın anası Solmaz Hacıyevanın işə cəlb olunan iki vəkilin hərəkətsizliyi barədə verdiyi məlumata gəlincə, bildirilib ki, onun bu cür mövqeyi vəkillərdə təəccüb doğurub:

“Belə ki, biz məhz Sevil Hacıyevanın vəkilləriyik ki, Sevil Hacıyeva isə anasının bu cür fikirdə olduğunu özü də təəccüblə qarşıladığını və hələ ki, bizim işimizdən narazı olmadığını bildirir. Bundan başqa, Solmaz Hacıyeva iş üzrə şahid statusunda olduğu üçün bizim onunla tez-tez görüşüb, əlaqə saxlamağımız, yaxud istintaqın gedişatı barədə məlumat verməyimiz vəkil etikası və vəkil sirri baxımından da doğru deyildir.

Həmçinin, işin uzanması və hələ ki, heç bir həkimin məsuliyyətə cəlb olunmaması barədə fikirlərlə bağlı qeyd edək ki, bildiyiniz kimi hadisə 4 aprel 2019-cu il tarixdə baş verib. Hadisədən cəmi 1 ay 10 gün müddətin keçməsini nəzərə alsaq, istintaqın uzanması barədə həyəcan təbilini çalmaq hələ ki, tezdir.

Həkimlərin məsuliyyətə cəlb olunması məsələsi isə iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının nəticələri məlum olduqdan sonra qaldırılacaqdır. Hesab edirik ki, mərhum Elinanın ölümündə təqsiri sübuta yetiriləcək istənilən şəxsin məsuliyyətsiz qalması bu kimi faciələrin artmasına şərait yaradacaq!

Onu da qeyd edək ki, indiyə kimi tərəfimizdən istintaq orqanına bir sıra vəsatətlər verilmişdir və bundan sonra da iş üzrə istintaqın düzgün istiqamətdə aparılması üçün vacib hesab etdiyimiz vəsatətlər istintaq orqanına təqdim ediləcəkdir. İstintaq orqanına tərəfimizdən verilmiş və ya gələcəkdə veriləcək vəsatətlərə qərəzli mövqe bildirildiyi, vəsatətlərimiz əsassız olaraq rədd edildiyi təqdirdə bu barədə də tərəfimizdən ictimaiyyətə geniş məlumat veriləcək.

Biz də ibtidai və məhkəmə istintaqlarının ədalətli aparılmasına ümid edir və bu məsələnin diqqət mərkəzində saxlanılmasını zəruri hesab edirik. Əks halda, bu işi Avropa İnsan Haqları Məhkəməsi səviyyəsinə qədər aparacağımıza söz veririk.

Lakin hələ ki, əlimizdə ciddi əsaslar olmadan publikaya oynamaq xətrinə hansısa sensasiyalı çıxışlar etmək, əsassız ittihamlar irəli sürməkdən uzağıq.

Bütün məsuliyyətimizlə anlayırıq ki, Elinanın vəfatında təqsiri olan şəxslərin layiqli cəza alması, məsum qızcığazın üzləşdiyi faciənin təkrarlanmamasına xidmət edəcək, əks vəziyyət isə gələcəkdə onun kimi qurbanların olmasını adi hala çevirəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni ailə quran gənc qadın ata evində özünü asdı 28 Yanvar 2020, 00:57 Koronavirus Avropanı təşvişə salıb 28 Yanvar 2020, 00:44 Üç gün sonra bu telefonlarda "WhatsApp" işləməyəcək 28 Yanvar 2020, 00:28 Virus səbəbindən Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib 28 Yanvar 2020, 00:12 Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO 27 Yanvar 2020, 23:46 Elazığda yenidən  güclü  zəlzələ 27 Yanvar 2020, 23:24 “Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı 27 Yanvar 2020, 23:11 Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi 27 Yanvar 2020, 22:51 Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi 27 Yanvar 2020, 22:36 Hicran Hüseynova aztəminatlı ailələri ziyarət edib - FOTOLAR 27 Yanvar 2020, 22:17 Şəmkirdəki qəzada 3 nəfər ölüb 27 Yanvar 2020, 21:59 "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17
SORĞU Yeni parlamentdə kimlər olsun?