Modern.az

İraqın Baş naziri Türkiyədə səfərdədi

İraqın Baş naziri Türkiyədə səfərdədi

15 May 2019, 21:28

İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib.

Modern.az xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdül-Mehdi birgə mətbuat konfransı keçirəcəklər.

Son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir