Modern.az

Qarabağ klanı Paşinyanı devirməyə and içdi

Qarabağ klanı Paşinyanı devirməyə and içdi

23 May 2019, 11:51

Qarabağ klanı Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirməyə söz verib.

 

Modern.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, ötən günlərdə erməni biznesmenlərdən birinin evində toplaşan Qarabağ klanı və oliqarxlar Paşinyan hökumətinin köhnə sistemə qarşı hücumlarını müzakirə ediblər.


Qarabağdakı qondarma rejimin “keçmiş müdafiə nazirinin müavini” Samvel Karapetyanın təşkilatçılığı ilə keçirilən görüşdə ciddi müzakirələr aparılıb:

“Qarabağ klanı və erməni oliqarxlar Paşinyan hakimiyyətini devirmək üçün əllərindən gələni etməyə and içiblər”- deyə “Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər verir.

 

Görüşdə Ermənistanın ən zəngin adamlarlından olan keçmiş deputat Samvel Aleksanyan da iştirak etdiyi məlum olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı