Gürcüstan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin uzun illərdən sonra bərpa olunmasını alqışlayıram.
Modern.az xəbər verir ki, bu fikri Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Facebook” səhifəsində yazıb.
Gürcüstan dövlətinin başçısı bu məsələni Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə də müzakirə etdiyini xatırladıb.
“Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar və bu da tezliklə nəticə verəcək”, - deyə Prezident qeyd edib.