Modern.az

Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək

Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək

23 May 2019, 17:47

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Gənclər Fonduna həvalə olunub.

Modern.az-ın məlumatına görə, bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.


Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti (ali təhsil müəssisələrinin və ixtisasların siyahısı Fondun rəsmi internet səhifəsində dərc olunub) üzrə magistr pilləsinə qəbul olunmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.


Həmçinin, ABŞ və Böyük Britaniyanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.

Müraciətçilər prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə ətraflı məlumatı Fondun www.youthfoundation.az  rəsmi saytından əldə edə bilərlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir