Modern.az

Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA

Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA

Aktual

24 May 2019, 11:18

Ağstafa Rayon Polis Şöbəsi də rayonda 4 nəfər 15 yaşlı hamilənin Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsilə bağlı məlumata münasibət bildirib.

 

Şöbədənin əməkdaşı Modern.az-a bildirib ki, mayın 23-də və 24-də rayonda belə fakt qeydə alınmayıb:

“Yalnız mayın 22-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasına 2001-ci il təvəllüdlü hamilə qadın daxil olub. O da yetkinlik yaşına çatmış şəxsdir”.

 

Polis əməkdaşı qeyd edib ki, mətbuatda 4 nəfər 15 yaşlı şəxsin hamilə qalması və Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva Modern.az-a açıqlamasında məlumatı təkzib edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır