Arxiv
24 May 2019, 13:25 | AKTUAL
Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından, nazir müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul ediblər.

 

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

 

Nazir Əbülfəs Qarayevin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Şamaxı rayonunda aşıq Məmmədağa Babayevin büstünün ucaldılması, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində “Şəxsiyyətlər muzeyi”nin yaradılması, “Yeddi günbəz” kompleksinin bərpa olunması, Sündü kəndində olan mağaraya inventar nömrəsinin, Şirvan folklor kollektivinə “xalq kollektivi” adının verilməsi ilə bağlı müraciətlər edilib. Həmçinin Qobustan rayon Rəşid Behbudov adına Musiqi məktəbi üçün konsert zalının tikilməsi, Şamaxıda səsyazma studiyasının yaradılması, Dəmirçi Arxeologiya Muzeyinin nazirliyin balansına verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət də səslənib.

* * *

Nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri xalq teatrlarının rejissorları üçün paytaxt teatrlarında praktiki məşğələlərin təşkili, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təchizatı, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin nazirliyin balansına verilməsi, Qəbələ Dövlət Rəsm Qalereyası üçün inzibati binanın tikilməsi, rayon MKS-lərə yeni kitabların verilməsi, “Lahıc” xalq kollektivinə ştat vahidlərinin ayrılması bərədə olub.

* * *

Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Ağsu rayon sakinləri tərəfindən ölkədəki Heydər Əliyev mərkəzlərinə tanışlıq turlarının təşkili, Ağsu Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, məktəb üçün yeni binanın tikilməsi, Tarix-diyarşünaslıq muzeyinin təmiri və ekspozisiyasının yenidən qurulması və digər məsələlər barədə müraciətlər edilib.

* * *

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb.

Qəbuldan sonra mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib: “Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Nazir vurğulayıb ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Həmçinin Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir.

Əbülfəs Qarayev mayın 24-də nazir müavinləri tərəfindən İsmayıllı, Qəbələ və Ağsu sakinlərinin qəbulunun keçirildiyini də diqqətə çatdıraraq deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ həll olunmasına şərait yaradır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07