Modern.az

“Azərkimya”da modernizasiya işlərinin 95%-i tamamlanıb

“Azərkimya”da modernizasiya işlərinin 95%-i tamamlanıb

Ölkə

Bu gün, 12:48

“Azərkimya” İstehsalat Birliyi (İB) istehsalat imkanlarını genişləndirmək və texnoloji prosesləri yeniləmək istiqamətində işləri davam etdirir. Modernizasiya və rekonstruksiya layihəsi çərçivəsində həyata keçirilən tədbirlər müəssisənin səmərəliliyinin artırılmasına yönəlib.

Modern.az xəbər verir ki, bu barədə “Azərkimya” İstehsalat Birliyində proses üzrə direktoru Samir Səlimli jurnalistlərə açıqlamasında bildirib.

“Azərkimya” İB-nin tərkibinə Etilen istehsalı, Yüksək təzyiqli polietilen istehsalı (aşağı sıxlıqlı), eləcə də Buxar və elektrik enerjisi istehsalı sahələri daxildir.
Etilen istehsalı sahəsində əsas məhsullar etilen və propilendir. Müəssisənin illik istehsal gücü etilen üzrə 190 min ton, propilen üzrə isə 187 min ton təşkil edir. İstehsal prosesində, həmçinin hidrogen, bütilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran kimi yan məhsullar da əldə olunur.
Polietilen istehsalı sahəsində isə yüksək təzyiq altında aşağı sıxlıqlı polietilen emal edilir”,-o deyib. 

Onun sözlərinə görə, istehsal olunan məhsullar daxili tələbatı tam ödədikdən sonra Türkiyə, Çin, Estoniya və digər Avropa ölkələrinə ixrac olunur:

“Buxar və elektrik enerjisi istehsalı sahəsi Birlik müəssisələrini və “SOCAR Polymer”i yüksək, orta və aşağı təzyiqli buxarla təmin edir. Artıq qalan buxar hesabına hasil edilən elektrik enerjisi isə SOCAR-ın digər müəssisələrinə və Sumqayıt elektrik şəbəkəsinə ötürülür.
Hidrogenin istifadəsi barədə konuşan müəssisə rəsmisi qeyd edib ki, bu maddə “Azərkimya” İB və “SOCAR Polymer”də daxili ehtiyaclar üçün tətbiq olunur. Birlikdə hidrogen selektiv hidrogenləşmə reaktorlarında etilen və propilenin tərkibindəki asetilen birləşmələrinin təmizlənməsi məqsədilə istifadə edilir”.

S.Səlimli Modernizasiya layihəsində son vəziyyətdən də danışıb:

“Müəssisə rəsmisinin sözlərinə görə, 2016–2021-ci illərdə icra edilən layihə çərçivəsində məhsuldarlıq etilen üzrə 40%, propilen üzrə isə 70% artırılıb və qurğular artıq 5 ildir ki, bu güclə fəaliyyət göstərir.
Hal-hazırda avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edən növbəti modernizasiya layihəsi aktiv fazadadır. Layihənin mühəndislik mərhələsi 95% tamamlanıb və növbəti ildən sahə işlərinə start veriləcək. Qeyd olunub ki, hazırda istehsal gücünün daha da artırılması ilə bağlı yeni bir layihə nəzərdə tutulmur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland