Arxiv
24 May 2019, 13:29 | HADİSƏ
Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 illiyi olacaq. Ötən il Cümhuriyyətimizin yaranmasının 100 illiyi ilə bağlı tədbirlər keçirildi, Cümhuriyyət tarixinə dair yeni araşdımalar otaya qoyuldu. Bəs Azərbayacn Xalq Cümhuriyətinin 101-ci ildönümündə hansı işlər görüləcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də yeni araşdırmalar ortaya qoyulacaq.

 

“İki gün əvvəl mənim bir kitabım çapdan çıxdı, yaxınlarda da bu kitabın təqdimatı olacaq – “Azərbaycanda yaşamış polyakların faəliyyəti”. Bu kitab çox əhəmiyyətlidir, çünki o dövrdə polyaklar var idi ki, Azərbaycan dövlətçiliyinə xidmət edirdilər və Cümhuriyyətimizin yaranamasında, formalşamasında fəallıq göstərirdilər. Onların bütün fəaliyyətini əhatə edən kitabı çap etmişik, Polşa səfirliyi də bu işdə müəyyən dəstək verib”.

 

Tarixçi bildirib ki, Cümhuriyyət tarixindən danışmaq üçün onu tədbirlərə çağırıblar.


“Gənclər Fondu bir neçə tədbirə, görüşlərə çağırıb, gedib iştirak etmişik. Qarşıdakı həftənin birinci günü də bir neçə görüşdə olacağıq. Bu görüşün gənc həbrçilərlə olacağı gözlənilir”.

 

N.Yaqublu bildirib ki, görkəmli mütəfəkkir Əhməd Ağaoğlu ilə bağlı bir neçə cildlik araşdırmalara başlanılıb.

“Mən də bununla bağlı bir neçə iş görəcəm, bu da Əhməd Ağaoğlunun 150 illiyinə həsr oluncaq. Azərbaycan Cümhuriyyətinin yaradılmasında ilk fəallıq göstərənlərdən biri də Əhməd Ağaoğlu idi. Bu istiqamətlərdə çalışmalar,araşdırmalar davam edir. Bizim bir neçə tədqiqatçımız var ki, onlar da Cümhuriyyətimizlə bağlı bir sıra dəyərli yazılar hazırlayıblar”.

 

“Nəhayət Məhəmməd Əmin Rəsulzadənin mühacirətdəki əsərlərinin ikinci cildini nəşrə hazırlayıq” deyən Nəsiman Yaqublulu belə deyib:


“Demək olar ki, böyük məqalələrin çoxu yazılıb, artıq redaktə prosesindədir. Birinci cildi ötən il buraxmışıq, ikinci cildi də bu ilin sonuna çap etdirməyi istəyirik. Ümumilikdə isə Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini hazırlamağı planlaşdırıram. Düşünürəm ki, bu da bizim Cümhuriyyətimizə bir töhfəmiz olacaq”.


Nəsiman Yaqublu deyib ki, Cümhuriyyət tarixinin araşdırılması dövlət səviyyəsində görülən iş olmalıdır:

“Dövlətin bu işlərə ciddi dəstəyi olmalıdır. Amma təəssüflər ki, bu işdə dövlətin dəstəyini çox az hiss edirik. “Rəsulzadənin Mühacirətdəki Əsərləri”nin ikinci cildini hazırlayıram, amma bilmirəm ki, onu necə çap etdirəcəm. Eləcə də vəziyyət Əhməd Ağaoğlu ilə və digər Cümhuriyyət qurucuları ilə bağlıdır. Yəni bunların hamısına dövlət ciddi dəstək verməlidir, bir mərkəz yaradılmalıdır və həmin mərkəz bu şəxsiyyətlərin irsinin yayılmasına ciddi kömək etsin. Bu iş pərakəndə şəkildə, kiminsə şəxsi istəyi və imkanları səviyyəsində aparılmamalıdır. Bu, 100 illikdə də bir problem olaraq qaldı, 101 illikdə də qalır. Təəssüflər ki, bu problem həll edilmir”.

 

Tarixçi bildirib ki, cümhuriyyət irsinə sayğıyla, diqqətlə yanaşmaq lazımdı:

“Bizim taximizin ən şərəfli dövrü Cümhuriyyət dövrüdür. Çünki biz bu gün hansı problemimizi sadalasaq, Cümhuriyyət dövründə o problem həll olunmuşdu. Ona görə həmin problemlərin həlli yolunu araşdırsaq, bu gün də problemin həllinə nail ola bilərik. Məsələn, Qarabağ problemini onlar həll etmişdi, öyrənək görək buna necə nail olmuşdular? Azərbaycanın dünyada tanıdılmasında onlar daha yaxşı nəticə əldə eləmişdilər, öynərək görək biz necə edə bilərik?Azərbaycanın maliyyə məsələsi, dövlət bankı məsələsi, vergi məsələlərini onların necə qaydasına saldığını öyrənməliyik. Bu mənada deyirəm ki, cümhuriyyət irisini öyrənmək lazımdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?