Modern.az

Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR

Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR

Aktual

25 May 2019, 11:24

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib.

 

Buna baxmayaraq turizm obyektlərində qiymətlərin həddən artıq baha olması ölkə vətəndaşları arasında müəyyən narazılığa səbəb olur. İnsanlar düşünür ki, bölgələrə üz tutmaqdansa, xarici ölkəyə gedib istirahət etmək daha məqsədəuyğun olar.

 

Bununla bağlı Modern.az-a danışan Turizm İnstitutunun dosenti  Məhərrəm Zülfüqarlı düşünür ki, bölgələrdə olan turizm obyektlərinə məmurların birbaşa müdaxiləsi qiymətlərə də təsir göstərir:

“Turizm obyeklərində qiymətlərin baha olmasının müxtəlif səbəbləri var. Məsələn, Türkiyədə dövlət  səviyyəsində turizm obyektlərinə dəstək verilir. Azərbaycanda da prezidentin xüsusi sərəncamları  bu dəstəyi ifadə edir.  Yerli məmurlar   isə müəyyən problemlər yaradır . Əgər turizm obyektlərinə yerli  icra hakimiyyətləri qayğı ilə yanaşsa, onların işlərinə qarışmasa  qiymət  bahalaşması da olmaz”.

 

Ekspert xüsusilə vurğulayıb ki, yerlərdə inhisarların olması da qiymətlərin baha olmasına səbəb olur:

“Bu inhisarlar da imkan vermir ki, qiymətlər ucuzlaşsın. Vətəndaşlara  elə də yüksək səviyyədə xidmət  göstərilmir. Xidmət səviyyəsi əlbəttə Türkiyədəki kimi yaxud turizmin inkişaf etdiyi ölkələrdəki formada olmasa da, əvvəlki  illərə nisbətən müsbətə doğru addımlayır.

Ən yaxşı turizm obyektlərinin adlarını çəkə bilərəm. Məsələn, Qəbələ, Quba, Şəki və həmçinin cənub bölgəsinin turizm obyektləri yaxşı inkişaf edib. Digər bölgələrin də inkişafını görmək istərdik”.

 

Jalə MEHDİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır