Modern.az

Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU

Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU

25 May 2019, 13:34

May ayı Azərbaycan xalqının tarixində uğurlu hadisələr, əlamətdar günlərlə yadda qalan bir aydır.

Bu tarixlərin içərisində 28 may özünəməxsus yer tutur.  Belə ki, 1918-ci ilin məhz bu günündə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. 1990-cı ildən bu yana bu tarix dövlət bayramı kimi qeyd edilərək,  qeyri-iş günü hesab olunur.

 

Modern.az  həmin günü necə keçirəcəyi barədə deputatlar arasında sorğu həyata keçirib.

 

Fazil  Mustafa : “Bayramdan əvvəl ayın 27-i tədbirdə olacam. Tədbirdən sonra cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcəm. 28-i bayram günü isə ailə üzvlərimlə vaxt keçirməyi düşünürəm . Bölgələrimizdən birinə istirahətə gedəcəm çox güman ki, Şamaxıya gedərik”. 

 

Fəzail İbrahimli : “May ayının 27-i dövlət tədbirində çıxış edəcəm. 28 May bayram günü isə, ailə üzvlərimlə istirahət edeəcəm”.

 

Kamilə Əliyeva : “28-i hər hansı tədbir və ya televiziya verilişinə qonaq qismində təklif alsam orada iştirak edəcəm. Əks təqdirdə isə bayram günü kimi  ailə üzvlərimlə şəhər gəzintisinə çıxacam”.

 

Tahir Süleymanov :  “Bayram gününü ailə üzvlərimlə keçirməyi düşünürəm.  Bayram ilə əlaqədar hər hansı tədbir keçirilərsə iştirak edəcəm”.

 

Fəzail Ağamalı : “May ayının 27-i bayram ilə əlaqədar ölkə prezidentinin xüsusi tədbiri olacaq və orada iştirak edəcəm. Bundan başqa təşkil olunan digər rəsmi tədbirlərdə də iştirak etməyi düşünürəm. Əlahiddə tədbirlərin məhdudiyyət qoymuşuq. Bu cür həssas zaman kəsiyində belə tədbirlərə ehtiyac duymuruq. Vətəndaş kimi hər birimiz Respublika günün yüksək səviyyədə qarşılamağa hazırlaşırıq”.

 

Əzizə Zeynal

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...