Modern.az

Naqif Həmzəyev: Azərbaycanın idman ölkəsi kimi statusu möhkəmlənir

Naqif Həmzəyev: Azərbaycanın idman ölkəsi kimi statusu möhkəmlənir

30 May 2019, 14:56

"Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdman siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Bundan başqa, beynəlxalq səviyyəli idman yarışlarının - I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula I Qran-pri yarışlarının ölkəmizdə keçirilməsi də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir".

Bu fikirləri Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev bildirib.


Deputatın sözlərinə görə, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür.


"Mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.


Bu gün dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərdiyi diqqət ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam inkişafını təmin edir. Eyni zamanda Azərbaycanın həm siyasi, həm iqtisadi cəhətdən sabit ölkə olması beynəlxalq tədbirlərə və idman yarışlara ev sahibliyi etməyə şərait yaradıb.


UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Son illər bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Həmçinin belə tədbirlər dövlətimiz üçün müəyyən dividendlər gətirir, idman ölkəsi kimi statusunu daha da möhkəmləndirir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı