Arxiv
31 May 2019, 11:52 |
Məktəblilər arasında inşa və rəsm müsabiqəsi elan edildi

Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Lakin son illərdə dünyada və ölkəmizdə radikal dini cərəyanların qorxu və şiddət yayan əməlləri ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Din beynəlxalq terrorizmin başlıca “ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan “İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamafobiyanın genişlənməsinə səbəb olub.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi bütün bunları nəzərə alaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsini həyata keçirir.

Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsi, bu cərəyanlarla mübarizəyə təşviq edilməsidir.

Layihə çərçivəsində həmçinin təhsil müəssisələrində radikal dini qruplaşmalar əleyhinə təbliğati işlərin görülməsi nəzərdə tutulur. Bu təbliğatın stimullaşdırılması məqsədilə məktəblilər arasında aşağıdakı mövzularda inşa və rəsm müsabiqəsi keçirilir.


Müsabiqənin mövzuları: 

- Cəhalətlə siyasət arasında;

- Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır;

- Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir;

- Dini radikalizm qadınlara qarşı təhdid vasitəsi kimi;

- Fanatizmdən terrorizmə doğru qorxunc yol;

- Xurafatçı və radikal dini cərəyanlar islamafobiyanın elementi kimi.


Müsabiqənin şərtləri və qaydaları:

Müsabiqədə iştirak etmək istəyən orta məktəblərin 8, 9, 10 və 11-ci sinif şagirdləri bu mövzulardan birini seçərək ona aid inşa yaza, yaxud rəsm (həmçinin karikatura) çəkə bilərlər. Müsabiqədə Respublikamızda fəaliyyət göstərən bütün orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak edə bilərlər.

Yazılmış inşanın kompüterdə (Azərbaycan şriftləri ilə 12 ölçüdə, 1 A4 ölçülü vərəqdən çox olmayaraq) yığılmış mətni, rəsmin (ölçü A3-dən böyük olmayaraq) skanerdən çəkilmiş surəti təşkilatçının e-mailinə göndərilməlidir. İnşa və rəsmlə yanaşı, müəllifin adı, soyadı və atasının adı, oxuduğu məktəb və sinif, yaşadığı ünvan və işlək telefon nömrələri barədə məlumatlar da müvafiq e-mailə göndərilməlidir. 


Müsabiqəyə təqdim olunan inşa və rəsmlər müsabiqə başa çatdıqdan sonrakı 10 gün müddətində ekspertlər tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Ən çox bal toplamış 4 şagirdə (2 nəfər  inşa və 2 nəfər rəsm üzrə) müvafiq mükafat və diplomlar veriləcək, müsabiqədə fərqlənən şagirdlər isə həvəsləndirici diplomlarla təltif ediləcəklər. Müsabiqənin nəticələri KİV-də və layihənin Facebook səhifəsində yayımlanacaq. Qaliblərə mükafatlar təşkilatın müəyyən etdiyi tarixdə və yerdə təqdim ediləcək.


Müsabiqəyə 31 may 2019-cu il tarixindən start verilir. Müsabiqə 9 iyun 2019-cu il tarixində (24:00-da) başa çatır. Müsabiqənin vaxtı bitəndən sonra göndərilən inşa və rəsmlər müsabiqəyə buraxılmayacaq.

Müsabiqədə hər bir şagird yalnız 1 inşa, yaxud 1 rəsmlə iştirak edə bilər.

Müsabiqəyə təqdim edilən inşa və rəsmlər [email protected][email protected] ünvanlarına müsabiqə müddətində (31 may 2019-cu ildən 9 iyun 2019-cu il saat 24:00-dək) sutkanın 24 saatında göndərilə bilər.

Əlavə suallar yarandıqda hər gün saat 09:00-dan 18:00-dək bu telefonlara zəng edə bilərsiz: 050 337 80 71, 055 207 54 90

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Onkologiya Mərkəzinə hər gün 1200 nəfər müraciət edir 18 Sentyabr 2019, 13:49 Əli Əhmədov “Əsrin müqaviləsindən DANIŞDI: “Risk amilləri mövcud idi” 18 Sentyabr 2019, 13:42 İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi 18 Sentyabr 2019, 13:33 Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb 18 Sentyabr 2019, 13:27 “Məktəbli formasında olan uşaqdan gedişhaqqı alınmasın!” - Deputatdan hökumətə ÇAĞIRIŞ 18 Sentyabr 2019, 13:26 “Elektron Kənd Təsərrüfatı”nda qeydiyyatdan keçənlərin sayı 335 min nəfərə çatıb 18 Sentyabr 2019, 13:23 Miqrasiya Xidmətindən Azərbaycandakı bəzi əcnəbilərlə bağlı sərt addım 18 Sentyabr 2019, 13:19 Səfir Əhməd Ağaoğlu ilə bağlı məsələ qaldırdı: “Onda hansı uğura ümid edə bilərik?” 18 Sentyabr 2019, 13:10 Əli Əhmədov: ““Əsrin müqaviləsi” ən möhtəşəm layihələrdən biri oldu” 18 Sentyabr 2019, 13:10 Cəbhə xəttində monitorinq insidentsiz yekunlaşıb 18 Sentyabr 2019, 13:04 İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18 Sentyabr 2019, 13:01 Sabah hava küləkli olacaq - PROQNOZ 18 Sentyabr 2019, 12:59 Sabiq nazirlər nə qədər pensiya alırlar…- ARAŞDIRMA 18 Sentyabr 2019, 12:56 Azərbaycan dənizçiləri Moskvada II yeri tutub 18 Sentyabr 2019, 12:55 Yol polisini təhqir edən şəxs SAXLANILDI - FOTO 18 Sentyabr 2019, 12:51 İcra başçısının müavini “Elina işi”nə görə məhkəmədə ifadə verdi 18 Sentyabr 2019, 12:43 Təhsil ekspertindən TƏKLİF: Məktəblilər gediş haqqından azad olunsun 18 Sentyabr 2019, 12:41 Payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb 18 Sentyabr 2019, 12:35 “Azərişıq”ın maşını aşıb - 2 ölü, 2 yaralı 18 Sentyabr 2019, 12:34 Yol polisi Abşeronda təhsil işçilərini maarifləndirdi 18 Sentyabr 2019, 12:32 Xaricilər “İdman jurnalistikası” magistr proqramını seçir 18 Sentyabr 2019, 12:24 Rusiyanın 6 böyük şəhərində Azərbaycan turizmi tanıdılacaq 18 Sentyabr 2019, 12:21 Baba Rzayev gürcüstanlı nazirlə mükazirə apardı 18 Sentyabr 2019, 12:17 Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir 18 Sentyabr 2019, 12:14 Övladlığagötürmə məsələsi Nazirliyin Kollegiya iclasına çıxarıldı 18 Sentyabr 2019, 12:09 Dünya Universitetlərinin reytinqi: Görünən və görünməyən tərəflər 18 Sentyabr 2019, 12:09 Nazirlik 53595 şagirdin digər məktəbə yerdəyişməsinə icazə verib 18 Sentyabr 2019, 12:02 Mehriban Əliyeva Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə bağlı paylaşım etdi 18 Sentyabr 2019, 11:53 “Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX 18 Sentyabr 2019, 11:33 Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 “Azərbaycanda həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04