Modern.az

Neft qiymətləri son 4 ayın minimumuna endi

Neft qiymətləri son 4 ayın minimumuna endi

31 May 2019, 14:23

Dünya bazarlarında “Brent” markalı neftin 1 bareli 3,8% ucuzlaşaraq 63,16 dollara qədər ucuzlaşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, London birjasında saat 11:39 üçün “qara qızıl”ın 1 bareli 64,65 dollar idisə, saat 12:19-da bu qiymət 63,17 dollar olub.

 

Sonuncu dəfə neft 2019-cu ilin fevral ayında 64 dollardan ucuz satılırdı.

 

WTI markalı Texas nefti isə mart ayından bəri ilk dəfə 55 dollardan aşağı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi