Arxiv
31 May 2019, 16:00 | ÖLKƏ
“Vahid Ələkbərov Azərbaycana can yandıran olsaydı...” - Deputatlardan milyarderə fərqli YANAŞMA

Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları, varlı biznesmenlərə Azərbaycan ictimaiyyətində birmənalı münasibət yoxdur. Səbəb onların vətən üçün etdiklərinə bağlıdır.  Onlar arasında Azərbaycan üçün mühüm işlər görənlər də var, yalnız öz maraqlarını qoruyanlar da.

Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun adı rəsmi milyarderlər sırasında yer alır. 1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovnadır.


Əmək fəaliyyətinə neft və qaz hasilatı üzrə operator kimi başlayan Vahid Ələkbərov vaxtilə SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. SSRİ dağılandan sonra Rusiyada öz biznesibi quran cənab Ələkbərov Rusiyada ilk neft konsernini yaradan iş adamıdır. O, 1993-cü ildən "LUKoyl" şirkətinə rəhbərlik edir. Sərvəti 20 milyard dolları ötən Vahid Ələkbərov hazırda Rusiyada ilk “beşlik”də yer alan milyarderlərdəndir.


İş adamının doğulub boya-başa çatdığı ölkəyə - Azərbaycana, öz xalqına nə dərəcədə can yandırdığını azərbaycanlı deputatların dilindən eşidək... Millət vəkilləri onu necə tanıyırlar?


Milli Məclisin üzvü Fəzail Ağamalı Modern.az-a bildirdi ki, Vahid Ələkbərovu ara-sıra mətbuatda haqqında yayımlanan materiallar sayəsində tanıyır. O, V. Ələkbərovun azərbaycanlılara diqqət göstərib-göstərmədiyindən, Azərbaycanın problemlərinin həlli ilə bağlı yaşadığı ölkədə hansısa addımlar atmağından xəbərsizdir:


“Vahid Ələkbərov Azərbaycana can yandıran olsaydı, bu məsələ mediada da işıqlandırılardı. Yəqin ki, onun bu istiqamətdə hər hansı əməli olmayıb və ya bu mediada işıqlandırılacaq dərəcədə əhəmiyyətli hesab edilməyib.

Bəzən iddia edirlər ki, Rusiyada ya da digər xarici ölkələrdə yaşayan azərbaycanlı biznesmenlərin Azərbaycana o qədər də xeyri dəymir. Əslində bu sözdə həqiqət var. Baxın, erməni diasporu dünya miqyasında Ermənistanın, ermənilərin yaşadığı problemləri həll etməkdə mahirdir. Həm maliyyə, həm himayəçilik, həm də təşkilati baxımından erməni diasporu, ermənilərin varlı nümayəndələri kifayət qədər aktivdirlər. Bununla kifayətlənməyərək, diasporun pulu ilə dünya miqyasında emrəni lobbisi yaradırlar. Onların mütəşəkkil fəaliyyəti nəticəsində erməni məsələsi həmişə gündəmdə qalır.

Tarix boyu apardıqları bu siyasətin nəticəsidir ki, Qafqazın sakini olmayan ermənilər  Cənubi Qafqazda öz dövlətlərini yarada biliblər. Azərbaycanın bugünkü iş adamlarının isə demək olar, heç biri ölkəmizin dövlət və milli maraqlarına dəstək olan addımlar atmırlar. Azərbaycan onların maddi dəstəyinə ehtiyac duymur. Sadəcə yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrdəki azərbaycanlıların bir araya gətirilməsinə çalışmalı, anti-Azərbaycan qüvvələrinə qarşı mübarizə aparmalıdırlar”.



Həmkarından fərqli olaraq, deputat Vahid Əhmədov “LUKoil” prezidenti ilə şəxsən tanış olduğunu vurğulayıb. O qeyd edib ki, V. Ələkbərovla baş nazirin birinci müavini olanda da görüşüb:


“O cümlədən 1993-cü ildə mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra “LUKoil”la  müqaviləni də mən və  Vahid Ələkbərov imzalamışdıq. O, kifayət qədər təcrübəli, Azərbaycanla əlaqəsi olan insandır. Onun dövlət başçısı ilə də çox yaxşı münasibətləri var. Müstəqilliyin ilk illərində, xüsusilə, “Əsrin müqaviləsi” imzalanandan sonra burada bir çox işlərə sərmayə yatırdı, köməklik etdi. Onun müsbət insan kimi tanıyıram. Bu yaxınlarda da Bakıda idi, tədbirlərin birində görüşdük. Onun fəaliyyətini yüksək qiymətləndirirəm”.


Vahid Əhmədov biznesmenlərin Azərbaycana yaxından kömək etmədiyi haqqında şikayətləri də eşitdiyini diqqətə çatdırıb:


“Bu fikirlərlə də müəyyən qədər razıyam. Amma Vahid Ələkbərov nə qədər olmasa, öz azərbaycanlımızdır və mən onunla fəxr edirəm ki, Rusiyanın böyük bir şirkətinə rəhbərlik edir.

Nəzərə almalıyıq ki, Rusiyanın özünün xarici siyasəti var və kimliyindən aslılı olmayaraq, heç kim o çərçivədən kənara çıxa bilmir. “İmperiya siyasəti” də mövcuddur, MDB üzərindən əskik olmur. Ona görə də digər biznesmenlər kimi, Vahid Ələkbərov da Rusiyanın Konstitusiyası üzərindən hərəkət edir, buna məcburdur. Amma hesab edirəm ki, müstəqilliyin ilk illərində gördüyü işlər danılmazdır”.


Deputat Fərəc Quliyevin də Vahid Ələkbərovla şəxsi tanışlığı yoxdur. F. Quliyev azərbaycanlı milyarderi sadəcə Rusiyada fəaliyyət göstərən, soydaşımız olan iş adamı kimi tanıyır, vəssalam:


“Azərbaycana xeyri və ya ziyanı dəyibmi, azərbaycanlıları nə dərəcədə himayə edib, köməklik göstərir - bu barədə məlumatım yoxdur. Dediyim kimi, onu Rusiyada fəaliyyət göstərən, azərbaycanlı biznesmen olaraq tanıyıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laklı dırnaqla dəstəmaz almaq – İlahiyyatçıların biri “HƏ”, biri də “YOX” deyir 27 İyun 2019, 14:37 Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34