Arxiv
4 İyun 2019, 10:08 | HADİSƏ
Şamaxı Astrofizika Rəsədxanasından oruc tutanlara ÇAĞIRIŞ: “Ay hələ bu axşam görünəcək!”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının iyunun 5-də qeyd olunacağını elan etsə də, bəzi sosial şəbəkə istifadəçiləri iyunun 4-də Ayın göründüyünü iddia edib. Bu isə oruc tutan insanları əndişəyə salaraq, “orucu açaqmı, açmayaqmı” sualları qarşısında qoyub.


AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Modern.az-a açıqlamasında deyib ki, iyunun 3-də Ay görünməyib: “Ay bu axşam görünəcək”.


Ayın görünməsinin əvvəlcədən proqnozlaşdırılması məsələsinə gəlincə, X.Mikayılov bunun mümkünlüyünü təsdiqləyib:

“Xüsusi proqnozlaşdırmalarla hələ 3-5 min il sonra üçün də dəqiq proqnoz verə bilirik. Ona görə də əminliklə deyirəm ki, Ay bu axşam görünəcək. Axşam Günəş batdıqdan (gün saat 20:06-da batır) 1 saat 2 dəqiqə sonra da Ay batır (21:04-də). İyunun 4-ü axşam saat 21:20-21:30 radələrində Qərb tərəfdən üfüqə (üfüq açıq olmalıdır) baxsanız, özünüz də yeni Ayı görəcəksiniz”.

Direktor müavini bu axşam Ayın adi gözlə müşahidə ediləcəyini vurğulayıb:

“Bəzən Günəş batandan yarım saat sonra Ay da batır. O anda Ayı adi gözlə görmək çox çətin olur. Bu məqamda Ayı görmək üçün professional olmalısınız. Amma teleskoplarla rahat görünür. Bu axşam isə vətəndaşlar yeni doğulmuş Ayı adi gözlə görə biləcəklər. Mən hər birinizi əmin edirəm. Heç bir fikir ayrılığından söhbət gedə bilməz”.


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.

İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır, bu tarixlər iş günü deyil.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı və Yerevan Vaşinqton görüşünə hansı gündəliklə gedir? – Rusiyalı ekspertin ŞƏRHİ 20 İyun 2019, 11:10 Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu 20 İyun 2019, 11:07 Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır 20 İyun 2019, 11:05 Ağcabədidə ölmüş heyvan cəmdəyini satmaq istədilər... 20 İyun 2019, 10:59 Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56