Arxiv
17 Yanvar 2012, 10:33 |
BDU-da Jurnalistika fakültəsinə yeni dekan seçiləcək...

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yaxın aylarda dekan seçkisi olacaq. Azərbaycan Respublikası Təhsil Nazirinin 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından dörd il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.

1999-cu ildən bu günədək, üç dəfə ardıcıl olaraq professor Yalçın Əlizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı seçilib. İndi Yalçın Əlizadənin dekan vəzifəsindəki səlahiyyət müddəti bitir. Yaxın aylarda yenidən seçki keçiriləcək. Maraqlıdır, Yalçın Əlizadə yenidən öz namizədliyini irəli sürəcəkmi?

Bununla bağlı Yalçın Əlizadənin fikirlərini öyrənmək üçün onunla əlaqə saxladıq.Seçkidə yenidən iştirakı ilə bağlı suala Y.Əlizadə əsəbiləşərək “sənin nə işinə qalıb, mən qatılacam, ya qatılmayacam... Niyə müdaxilə edirsiniz”– deyə kəskin tonda cavab verdi.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bu məsələ ilə bağlı məlumatsız olduğunu, dekan seçkisinin nə vaxt keçiriləcəyi haqda məlumatın olmadığını qeyd etdi.

Modern.az saytının əməkdaşı bununla bağlı Jurnalistika fakültəsinin tələbələri arasında sorğu aparıb.

III kurs tələbəsi Səadət Abbaslı “istərdim ki, dekan yeniliyi sevən bir şəxs olsun. Məsələn, Zeynal Məmmədli. O insan yeniliyə can atır, yeni nə isə olmasını istəyir”-deyə qeyd edib.

III kurs tələbəsi Pərvanə Abdiyeva: “Sadəcə istəməzdim Yalçın müəllim seçilsin, tələbələrlə ünsiyyət qura bilmir, daha səmimi olsa, tələbələri dinləməyi bacarsa, bəlkə də yaxşı olar. Zeynal Məmmədlini dekan görmək istəyirəm, yəqin ki, o da olmaz”.

I kurs magistr tələbəsi Səadət Ağayeva isə “Yalçın müəllim yaxşıdır, onun sayəsində fakültədə nizam-intizam yerindədir. Amma arada dəyişiklik yaxşıdır. Mən dekanların bir dəfə seçilməsinin tərəfdarıyam” deyib.

2008-ci ilin Jurnalistika fakültəsinin məzunu Vüsalə Əlibəyli: “Hələ universitetdə oxuyanda seçkilər oldu və bilmirəm neçənci dəfə idi, amma yenə Yalçın Əlizadə seçildi. Hələ neçə-neçə qruplar olub ki, seçkilərin eyni nəticəsini görüb. Burada məsələ konkret şəxsdə deyil, Yalçın Əlizadə olmasın, kim olur-olsun, əsas odur ki, dəyişiklik olmalıdır. Doğrudur, mənə təxmini bəlli olan namizədlər belə seçilərsə, inanmıram ki, nəsə dəyişə. Amma dəyişiklik etməyi adət etmək lazımdır. Yalçın Əlizadədən sonra gələn, pis idarə edər, başqası seçilər. Belecə insanlar öz seçimlərində zaman keçdikcə düzəlişrlər edər. Sadəcə buna şərait yaradılmalıdır”. 

ATV-nin aparıcısı Elvira İsmayılova isə deyib ki, Yalçın Əlizadənin yenidən seçilməsini istəmir: “Zeynal Məmmədlinin dekan olmasının tərəfdarıyam”

BDU-nun Jurnalistika fakültəsinin müəllimi və media eksperti Zeynal Məmmədli bu məsələ ilə bağlı fərqli fikir bildirib: “Məni dekanın kim olması deyil, mediadakı keyfiyyət dəyişikliyi maraqlandırır. Adamlar heç nəyi həll eləmir, ən yaxşı adam olsa belə, heç nə dəyişməyəcək. Gərək düşüncə dəyişsin ki, sistem dəyişə bilsin”.

Tələbələrin Zeynal Məmmədlini dekan kimi görmək istəməsinə isə o buna “qətiyyən yox, təşəkkürlər bütün tələbələrə” deyə münasibət bildirib.

Qeyd edək ki, indiyədək Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəmov  kimi məşhur  jurnalist və publisistlər BDU-nun Jurnalistika fakültəsinin dekanı olublar.

Sevinc İLTİFATQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vilyam Hacıyevin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 11:30 “Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat 3 Avqust 2021, 11:26 “Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov 3 Avqust 2021, 11:22 Karantini pozan restoran icarədarı həbs edildi - FOTO 3 Avqust 2021, 11:19 Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO 3 Avqust 2021, 11:16 Yeni dövlət standartı təsdiq edildi 3 Avqust 2021, 11:14 Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40 Yaşa görə pensiyaya çıxanların sayı AÇIQLANDI 3 Avqust 2021, 09:34 Həyət toylarında reyd - 2736 nəfər şənliyə buraxılmadı 3 Avqust 2021, 09:30 Eldar Həsənov hospitala aparıldı – VİDEO   3 Avqust 2021, 09:26 Cahit Bağçı Azərbaycana təşəkkür etdi 3 Avqust 2021, 09:22 Məşhur gecə klubunda karantin qaydaları pozuldu   3 Avqust 2021, 09:18