Arxiv
7 İyun 2019, 09:46 | MƏDƏNİYYƏT
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki, Rəhimə burda ol, ayılanda səni görmək istəyirəm, amma ayılmadı”

Görkəmli teatr və kino aktyoru, əvəzolunmaz sənətkar Yaşar Nuri fitri istedadı və çəkdiyi sonsuz zəhmət sayəsində canlandırdığı rollarla hafizələrə silinməz izlər qoyub.

Modern.az saytının “Məşhurların son günü” rubrikası bu dəfə Yaşar Nuriyə həsr olunur.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır. Bəs Yaşar Nurinin sön sözləri, vəsiyyəti nələr olub?

Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun  dram və kino aktyorluğu fakültəsinə daxil olub.

1972-ci ildə institutu bitirib.Orduda xidmətini başa vurduqdan sonra, 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Yaşar Nurinin böyük populyarlıq qazandığı çoxlu obrazlar var. 50-yə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış 100-dən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib.
 

Yaşar Nurinin son günü haqqında Modern.az-a onun həyat yoldaşı Rəhimə Nuriyeva danışıb:


“Yaşarla biz “Sovetsiki”də doğulmuşuq, Bakı qədeşlərindənik (gülür). Yaşarla qohum olmuşuq. Amma onunla şəxsi tanışlığım yox idi. Anam mənə dedi ki, uzaq qohumlardan sənə elçi gəlmək istəyirlər. Dedilər ki, adı Yaşardır. Bilmədim, nə deyəm. Ona ailədən təklif etmişdilər ki, qohum qız var alaq sənə. O da bir-iki dəfə arxamca gəlmişdi. Nişanlanandan sonra 3 ay onu görmədim”.


Yaşar müəllimlə 40 ilə yaxın birlikdə ömür sürən xanımı evləndikləri gündən hər anında, necə deyərlər, xəstəliyində və sağlığında aktyorun yanında olub:
 

“Yaşar insanları güldürsə də, özü çox ciddi adam idi. Hər şeyə gülməzdi. Onu ürəkdən güldürən yeganə insan Arif Quliyev idi.

O evdə olanda mən qətiyyən özümü rahat hiss eləyə bilməzdim. “Bəyin oğurlanması” filmində canlandırdığı İsrafil obrazı deyərdim ki, həyatdakı Yaşarla eyni idi. O, evdə olarkən qapı döyüləndə qapını sadəcə Yaşar aça bilərdi. Telefonlara Yaşar cavab verərdi. Sözünün kəsəri var idi, bir sözü bir dəfə deyərdi. O, teatrda, kinoda, verlişdə olarkən qətiyyən telefonuna zəng edə bilməzdim”.

Sənətçi olmaqla sənətkar olmaq arasında çox böyük bir fərq var. Qrimsiz, bir üzlə fərqli-fərqli obrazları mükəmməl şəkildə canlandırmaq sənətçinin yox, sənətkarın işidir. Yaşar Nuri anadangəlmə sənətkar idi.

Rəhimə xanım:

“Yaşar fikircil adam idi. Heç unutmaram, 1990-cı ilin 20 yanvar hadisəsindən sonra bir gecədə saçının arxası ağarmışdı. Bunu bildiyimə görə “Fəryad” filmi ilk dəfə televiziyada veriləndə gedib elektrik açarından işıqları söndürdüm. Bilirdim ki, təsirli filmdi, baxsa stres keçirə bilər”.


Möhtəşəm aktyorluq istedadıyla bərabər, Yaşar müəllimin gözəl rəqs etmək qabiliyyəti də var idi:

“ Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq Yaşar üçün ifa edib, onu rəqsə dəvət edərdilər…

…Yaşar yalnız sənəti ilə deyil, savadı ilə də seçilirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə Yaşar çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı  ki, heyran qalmamaq mümkün deyildi. O qədər güclü yaddaşı var idi ki, ona həmişə deyirdim ki, Yaşar, sən arxivsən. Son zamanlarda istəyirdi ki, esseler yazsın. Keçmiş xatirələrindən ibarət kitab çıxarmaq istəyirdi.

... Yaşarın kaprizləri dəhşət çox idi. Geyimlərinə xüsusi diqqət yetirirdi. Paltarı mütləq ütülü olmalıydı”.


Xanımı deyir ki, Yaşar Nuri ifa etdiyi obrazları yaşayaraq oynayırdı. Sənətinə, səhnəyə aşiqliyi idi onu sənət yoldaşlarından fərqləndirən.

“Yaşarın canlandırdığı hər obraz maraqlı və yadda qalan olub. Lakin mənim üçün onun əvəzedilməz rolu “Səni axtarıram” tamaşasındakı Elçin obrazı idi. Yadımdadır ki, Firəngiz onda səhnəyə ilk addımlarını atırdı. Yaşarın Firəngizə məhəbbəti olub deyirlər. Bəlkə də hə, bu belədir. Çünki düşünürəm ki, Firəngizi sevməsəydi “aşiq rolu”nu bu qədər gözəl oynamazdı. Məncə elə Yaşarın sevgisi var idi ki, bu tamaşa efirə verildiyi gündən indiki vaxta qədər yadda qalıb, danışılır. Tamaşanın sonunda Yaşarın Firəngizin çiyninə əlini qoyub “Sən yaxşı qızsan, Gülnar” deməsi bəs idi hər kəsi kövrəltməyə”.


Rəhimə xanım Yaşar Nurinin yumorostik hallarından da bəhs edib:

“Yadımdadır ki, bir dəfə Yaşarla səfərdən qayıdırdıq. Mən təyyarədən çox qorxurdum. Yanımızda dostlarımız da var idi. Yaşar həmişəki kimi bizi zarafatlarıyla güldürürdü. Qəfil mənə dedi ki, “Rəhimə, bir aşağı bax, artıq düşürük”. Baxdım ki, dənizin üstündən keçirik. Mənə dedi ki, “indi təyyarə xarab olacaq, hamımız dənizə düşəcəyik”. Mənim qorxudan ürəyim bir hala qaldı ki... Yumorluğu tutmuşdu həmin vaxt. Bir dəfə də Türkiyədən qayıdırdıq. Təyyarədə idik, Yaşarın ad günü idi. Sözgəlişi dedi ki, doğum günüdür. Bunu arxadan eşitmişdi kimsə. Bir də gördük ki, zərf gəldi bizə içində də pul (gülür). Təyyarədəkilər, ad gününü belə təbrik etdilər”.


Xanımı deyir ki, Yaşarla yeni evləndikləri vaxtlar imiş, kirayə evdə qalırmışlar. Gənc ailənin çox çətin vaxtları olub o  zaman. Yaşar müəllim yatarkən Rəhimə xanım kirayə evin döşəməsinin “cır-cır” səs çıxaran yerlərini ağ tabaşirlə xətləyirmiş ki, birdən o hissələrdən keçər və həyat yoldaşı oyanar. Hər güclü kişinin arxasında bir qadın dayanar deyiblər. Rəhimə xanım məhz o güclü kişinin arxasındakı qadın idi.

“ Mən Yaşara ən çox xəstə olanda vurulmuşdum. Əlimi bir an olsun əlindən buraxmırdı. Son günləri idi Yaşarın. Bakıdakı Mərkəzi Gömrük Hospitalındaydı. Axşam saat 21:00-a  kimi qala bilirdik yanında. Bir dəfə kefini açmağa, üzünü güldürməyə çalışdım. Dedim ki, Yaşar, sevirsən məni? Üzünü “turşudub “eh, bəsdi, şitliyin tutmasın” söylədi. (Gülür).

Getdikcə səsi tutulmuşdu. Uzun sürən xəstəliyinə baxmayaraq, bir fikri elə səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı bilmirəm””.


22 noyabr 2012-ci il... Rəhimə xanım xəstəxanada Yaşar Nurinin baş ucundaydı. Yaşar müəllim:

“Rəhimə, bir az yatım, yuxum gəlir. Burda ol, yanımda. Ayılanda səni görmək istəyirəm”. Bu,  Yaşar Nurinin son sözləri idi. Axşam saat 21:00 idi. Görüş vaxtı bitmişdi. Rəhimə xanım evə getməliydi, amma Yaşar müəllim hələ də yatırdı. Xanımı tibb bacısına tapşırıq verdi: “Yanından ayrılma, qızım. Durar, nəsə istəyi olar”.


Saat 22:30 idi. Rəhimə xanım tibb bacısına zəng eləyir. Tibb bacısından “hələ də yatıb, Rəhimə xanım” sözlərini eşidir. Gecə yarısı saat 03:00-da Rəhimə xanıma bəd xəbər verilir:


“İnana bilmədim. Həmin gün əhvalı yaxşı idi. Günorta tibb bacısının telefonundan mənə xırıltılı səslə “Rəhimə, darıxıram yanıma gəl!” demişdi. Gecə yarısı qızımla evdən necə qaçaraq çıxdıq,  inana bilməzsiniz. Həkim mənə “son dəfə görmək istəsəniz, sizi görməyə apara bilərik” deyəndə qəti şəkildə “yox” cavabı vermişdim. Mən Yaşarı dik, məğrur, güclü görmüşəm həmişə, onun cansız, susqun bədəninə baxa bilməzdim. O, mənim yaddaşımda həmişə güclü Yaşar olaraq qalsın deyə, görmək istəmədim onun son halını.

Yaşar dünyadan köçəndən elə bil qolum-qanadım, arxam-dayağım gedib. Çox çətindi mənim üçün. Yaşarın sağlığında əl tutduğu adamlar indi mənim hal-əhvalımı belə soruşmur. Yaxın qohumlar belə olduqdan sonra onun sənət dostlarından bizlə maraqlanmalarını necə gözləyə bilərəm”.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü 27 May 2020, 02:38 Ermənistanda koronavirusun ikinci dalğası vəziyyəti ağırlaşdırıb 27 May 2020, 00:49 Tanınmış iş adamı dünyasını dəyişdi 27 May 2020, 00:38 Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb 27 May 2020, 00:29 Daha bir ölkədə futbol çempionatına icazə verilir 27 May 2020, 00:13 Moskvada daha 73 koronavirus xəstəsi öldü 26 May 2020, 23:58 Bakıda evdən kişi meyiti tapıldı 26 May 2020, 23:44 Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO 26 May 2020, 23:29 Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi - FOTO 26 May 2020, 23:12 Bakıda “Jara” festivalı keçiriləcək - EMİNDƏN AÇIQLAMA 26 May 2020, 22:56 Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı 26 May 2020, 22:39 NİDA-çılar Milli Şuradan getdi 26 May 2020, 22:25 Tovuzda ağır qəza oldu 26 May 2020, 22:09 Metroda koronavirus belə yayılır - VİDEO 26 May 2020, 21:57 Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 TƏBİB-dən korona ilə bağlı son məlumat 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38