Modern.az

Bu gün Bakı Parlament Platforması təsis olunur

Bu gün Bakı Parlament Platforması təsis olunur

Aktual

12 İyun 2019, 11:11

Bu gün Milli Məcəlləsinin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı" və "Dialoq və əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransı keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə ATƏT PA-nın prezidenti və vitse-prezidenti, Azərbaycan Milli Məclisininin sədr müavini, Almaniya Bundestaqının vitse-prezidenti, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri, hər üç ölkənin deputatları, səfirləri və media nümayəndələri iştirak edir.

Tədbirdə bildirilib ki, mərasimin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan faktorların qarşının alınmaıs yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin hər üç ölkənin parlamentarilərindən ibarət "Dialoq və əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nı (Bakı Parlament Platforması) yaratmaqdır. "Dialoq və əməkdaşlıq üzrə Bakı Parlament Platforması" çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı"nın hər ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılır. Konfrans çərçivəsində" Siyasi Dialoqun, regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün yeni imkanlar" mövzusunda panel müzakirələri də keçiriləcək. Paneldə Azərbaycan, Almaniya və Türkiyə parlamentarilərinin məruzələri dinləniləcək

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!